Təhlil materialları və son məlumatlar
     
 

Naxçıvan: inkişafın 15 ili


      1993-cü ildə xalqın istəyi ilə ikinci dəfə hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev ölkəyə rəhbərliyinin birinci dövründə başladığı işləri ardıcıl olaraq davam etdirdi. İlk növbədə ictimai-siyasi sabitlik təmin edilməklə yanaşı, demokratik, qüdrətli dövlət modeli konsepsiyasının reallaşdırılması istiqamətində mühüm işlər görüldü və gələcək iqtisadi inkişaf prioritetləri müəyyənləşdirildi. Qısa dövr ərzində sosial-iqtisadi, hüquqi-siyasi sahələrdə kardinal islahat proqramlarının həyata keçirilməsinə start verildi.
      Hazırda Cənubi Qafqazın lider dövlətinə, dünyanın inkişaf etmiş dövlətlərinin etibarlı tərəfdaşına çevrilən Azərbaycan ümummilli liderimizin müəyyən etdiyi yolla inamla irəliləyir. Öz mənalı həyatını xalqına bağışlamış ulu öndərimiz 1 oktyabr 2003-cü ildə Azərbaycan xalqına müraciət edərək deyirdi: “Üzümü sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
      Həyat dahi rəhbərimiz Heydər Əliyevin uzaqgörənliyini bir daha təsdiqlədi. Danılmaz bir faktdır ki, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın gücləndirilməsi, insanlara firavan həyat bəxş edilməsi sahəsində yorulmaz və məqsədyönlü fəaliyyəti ilə Azərbaycanın hər bir vətəndaşının Prezidenti olan cənab İlham Əliyevin həm ölkə daxilində, həm də beynəlxalq aləmdə nüfuzu gündən-günə yüksəlir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu zirvəyə yüksək intellektə, praqmatik düşüncəyə, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bildiyinə, tükənməz enerjiyə, təşəbbüskarlığa malik olduğuna və bu xüsusiyyətlərdən yeni məzmunlu demokratik dövlət quruculuğu işlərində özünəməxsus bacarıqla istifadə etdiyinə görə yüksəlmişdir. Ümummilli liderimizin zəngin dövlətçilik ənənələrinin ən layiqli davamçısı olduğunu əməli addımları ilə sübuta yetirən cənab İlham Əliyev qısa bir zaman ərzində geopolitik məkanda siyasi-iqtisadi proseslərin istiqamətini müəyyənləşdirən, ona təsir göstərən liderə çevrilmişdir.
      Müasir dünyada iqtisadi inkişaf potensialının ölkələrin gücünü müəyyən edən başlıca amil kimi çıxış etməsi artıq heç kimə sirr deyil. Hər bir dövlətin əsas qüvvəsi onun iqtisadi potensialından asılıdır. Dinamik inkişafda olan iqtisadiyyat demokratiya və vətəndaş cəmiyyəti, daxili əminamanlıq, effektiv xarici siyasət deməkdir. Məhz bu baxımdan həm ümummilli liderimiz Heydər Əliyevin hakimiyyəti illərində, həm də ölkə başçısı cənab İlham Əliyevin hazırkı fəaliyyəti dövründə ağırlıq mərkəzi bu sahənin üzərinə salınmışdır. İqtisadi yüksəliş və sosial rifah amilini Prezident İlham Əliyev hələ seçkiqabağı kampaniyası və andiçmə mərasimində xüsusilə önə çəkmişdir. Cənab İlham Əliyevin bəyanat və çıxışlarında hər zaman vurğulanır ki, ölkənin və xalqın bütün problemlərinin sosial çətinliklərin aradan qaldırılmasından tutmuş, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinədək hər bir maneənin dəf edilməsinin optimal yolu məhz dinamik iqtisadi inkişafdan keçir.
      XX əsrin doxsanıncı illərinin əvvəllərində Naxçıvan Muxtar Respublikasında cəmiyyət həyatının bütün fəaliyyət istiqamətlərini əhatə edən inkişafın, yeni iqtisadi sistemin möhkəm əsaslarını yaradan ulu öndərin bu istiqamətdə müəyyənləşdirdiyi inkişaf strategiyasının reallaşdırılması istiqamətində bu gün uğurla həyata keçirilən irimiqyaslı tədbirlər öz nəticələrinin pozitivliyi ilə seçilir. Bu strategiyanın reallaşdırılması istiqamətində yeni impulsverici mərhələ isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1995-ci il dekabrın 16-da keçirilmiş sessiyasında başlanğıc götürmüş oldu. Məhz həmin sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri seçilmiş cənab Vasif Talıbov 1969-cu ildən başlanan Heydər Əliyev quruculuq və inkişaf xəttinin konkret bir regionda - ağır blokada şəraitində yaşayan, davamlı olaraq enerji qıtlığı keçirən, kommunikasiya əlaqələrinin olmaması ucbatından malmaterial, xammal gətirilməsində ciddi problemlərlə üzləşən muxtar respublikamızda fəal yaradıcı gücə malik olduğunu öz əməyi və gərgin işi ilə sübut etdi.
      Muxtar respublikamızın müasir tarixində son 15 il yeni intibah mərhələsi kimi yadda qaldı. Zaman etibarilə o qədər də böyük olmayan bu müddət ictimai tərəqqi, iqtisadi inkişaf və sosial islahatlar yolunda əzmlə addımlayaraq muxtar dövlət qismində əsaslarını gündən-günə daha da möhkəmləndirən Naxçıvan üçün mühüm nailiyyətlərlə xarakterik olmuşdur. Bu tarixi dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursunu muxtar respublikamızda böyük əzmlə, yüksək dinamizmlə davam etdirmiş, həyata keçirilən məqsədyönlü siyasət sayəsində Naxçıvan Muxtar Respublikası sosial-iqtisadi yüksəlişinə, ictimai həyatındakı nailiyyətlərinə görə nəinki ölkəmizin iqtisadi rayonları, eyni zamanda dünya ölkələrinin oxşar muxtariyyatlara malik inzibati əraziləri arasında əhəmiyyətli dərəcədə önə çıxmışdır.
      Ötən 15 il ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin məqsədyönlü fəaliyyəti nəticəsində, ilk növbədə muxtar respublikamızın hərtərəfli tərəqqisində mühüm amil olan ictimai-siyasi sabitlik qorunub saxlanılmışdır. Dəqiq müəyyənləşdirilmiş prioritetlər, elmi və təcrübi əsaslara söykənən fundamental qərarlar, muxtar respublika sakinlərinin mənafeyinə uyğun reallaşdırılan sosial-iqtisadi siyasət, mobil idarəetmə mexanizmləri, mövcud imkanlardan əhalinin rifahı naminə maksimum istifadə muxtar respublikamızın müasir tarixinin son on beş illik dövrünü səciyyələndirən ən xarakterik xüsusiyyətlərdəndir. Bu dövr ərzində bütün iqtisadi fəaliyyət sahələrində sürətli inkişafa rəvac verən səmərəli iqtisadi siyasət muxtar respublikamızda tarazlı və davamlı inkişaf üçün başlıca vəsilə olmuş, şəhər və rayonlarımızda canlanma yaranmış, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırılmış, yeni təsərrüfat subyektlərinin yaradılması sayəsində işsizliyin səviyyəsi xeyli dərəcədə azalmışdır. Muxtar respublikamızın mərkəzində olduğu kimi, rayonlarımızda, hətta ən ucqar kəndlərimizdə belə nəqliyyat-kommunikasiya sisteminin bərpası, elektrik enerjisi, rabitə, qaz, su təminatı kimi sosial məsələlərin həlli, müasir informasiya texnologiyalarının tətbiqi mədəni-intellektual yüksəlişə əsaslı zəmin yaratmışdır. Muxtar respublikada mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, ixracyönümlü məhsul istehsalının stimullaşdırılmasına, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluq səviyyəsinin, xüsusilə gənclərin faydalı əmək məşğulluğunun artırılmasına və ümumilikdə muxtar respublika iqtisadiyyatının dinamik inkişafına nail olunmuşdur.
İqtisadi və sosial islahatların əsas istiqamətləri
      Muxtar respublikada son 15 ildə həyata keçirilən iqtisadi və sosial təmayüllü islahatlar qısa tarixi dövr ərzində makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermiş və əhalinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olmuşdur.
      Geniş ictimai rəydə “Naxçıvan möcüzəsi” adlandırılan iqtisadi inkişafın Naxçıvan modeli özündə aşağıdakı istiqamətlər üzrə reallaşdırılan əsas islahatları ehtiva etməkdədir.
        - ilk növbədə muxtar respublikada makroiqtisadi sabitlik və davamlı inkişaf üzrə kompleks tədbirlər reallaşdırılır;
        - investisiyaların sahələr üzrə proporsionallığı təmin olunur;
        - müdafiə qabiliyyəti və hərbi potensial davamlı olaraq gücləndirilir;
        - muxtar respublikada sənayenin əsas inkişaf istiqamətləri müəyyənləşdirilmişdir;
        - dövlət mülkiyyətində olan və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan sənaye müəssisələrinin fəaliyyəti bərpa edilmişdir;
        - rəqabətədavamlı sənaye məhsullarının is­tehsalının dəstəklənməsi və ixracyönümlü istehsal sahələrinin yaradılması ciddi şəkildə təşviq olunmaqdadır;
        - sənaye istehsalının texnoloji cəhətdən yenidən qurulması prosesi gücləndirilmişdir;
        - özəlləşdirmədən sonrakı mərhələdə müəs­sisələrin fəaliyyəti müntəzəm əsasda dəstəklənməkdədir;
        - sənaye müəssisələrinin maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsi üçün səmərəli kredit mexanizmi qurulmuşdur;
        - satış problemlərinin həlli üçün sistemli tədbirlər görülmüş, yerli və xarici bazarlara çıxış imkanları maksimum sadələşdirilmişdir;
        - dövlət strukturlarının sənaye, xüsusilə də yüngül və yeyinti sənayesi məhsullarına olan tələbatının ödənilməsi prosesi üzrə dövlət sifarişləri ilk növbədə yerli sənaye mallarına
          yönəldilmişdir;
        - aqrar bölmənin normativ hüquqi bazasının, elmi-metodik təminatının və kadr hazırlığı sisteminin təkmilləşdirilməsi sürətləndirilmişdir;
        - aqrar bölmənin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilməkdədir;
        - aqrar bölmənin xammal istehsalı və emal sahələrinin əlaqəli inkişafı, rəqabətədavamlı məhsul istehsalının artırılması davamlı olaraq stimullaşdırılır;
        - aqrar bölməyə maliyyə dəstəyi artırılmaqdadır;
        - aqrar sektora xidmət edəcək strukturların formalaşmasına ciddi dəstək verilir;
        - aqrar bölmə üzrə prioritet istehsal sahələrinin müəyyənləşdirilməsi, həmin sahələrin digər sahələrlə əlaqəli inkişafı strategiyası uğurla həyata keçirilir;
        - daxili bazar ciddi şəkildə qorunur, ixrac stimullaşdırılmaqla bərabər onun alt infrastrukturu (nəqliyyat, sığorta, informasiya bazası və sair) təkmilləşdirilir;
        - ətraf mühitin mühafizəsi və inkişaf meyilləri üzrə kompleks tədbirlər reallaşdırılır, torpağın deqradasiyasının qarşısı alınır, su, külək eroziyasına qarşı mübarizə aparılır;
        - torpaq bazarının təşkili və inkişafı stimullaşdırılır, yay və qış otlaqları pasportlaşdırılaraq inzibati ərazi vahidləri arasında proporsional bölüşdürülür;
        - müxtəlif maddi-texniki təchizat və aqroservis müəssisələri, marke­tinq xidmətləri, yarmarkalar təşkil olunur, saxlama, qablaşdırma, emal müəssisələri və digər strukturlar
          yaradılır;
        - meliorasiya və irriqasiya tədbirləri davamlı olaraq genişləndirilir;
        - baytarlıq, sanitar və fitosanitar sahələrində dövlət siyasətinin həyata keçirilmə mexanizmləri təkmilləşdirilir;
        - bazar iqtisadiyyatı şəraitində nəqliyyatın fəaliyyətinin səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılması məqsədilə islahatlar davam etdirilir;
        - nəqliyyatda dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə tənzimləmə və kommersiya funksiyalarının ayrılması həyata keçirilir;
        - nəqliyyat xidmətləri ba­za­rın­da sağlam rəqabət mühiti yara­dılır, tarif sistemi təkmilləşdirilir;
        - sərhəd-keçid məntəqələri yaxınlığında yerləşən nəqliyyat infrastrukturunun müasir tələblərə uyğun qaydada yeniləşdirilməsinə dair layihələr həyata keçirilir;
        - nəqliyyat infrastrukturunun və nəqliyyat vasitələri parkının müasir tələblərə uyğun olaraq yeniləşdirilməsi aparılır;
        - Naxçıvan şəhərində və muxtar respublikanın rayon mərkəzlərində nəqliyyatın hərəkətini tənzimlənməsi üçün işıqforların və video kameraların quraşdırılması, müasir
          işıqlandırma vasitələrindən istifadənin genişləndirilməsi və yolların buraxıcılıq qabiliyyətinin artırılması həyata keçirilir;
        - müasir rabitə, telekommunikasiya və naviqasiya sistemlərindən istifadə etməklə nəqliyyatyol kompleksinin vahid informasiya sisteminin yaradılması üzrə layihələr hazırlanır;
        - nəqliyyatda daşınma proseslərinin təhlükəsizliyi və ətraf mühitə neqativ təsir normalarının beynəlxalq standartlara uyğunlaşdırılması aparılmaqdadır;
        - muxtar respublika əhalisinin və iqtisadiyyatın nəqliyyat xidmətlərinə olan tələbatın tam təmin edilməsi üçün kompleks tədbirlər reallaşdırılır;
        - rabitə və informasiya texnologiyalarının cari və gələcək inkişafı üçün effektiv mexanizmlər formalaşdırılır;
        - qlobal informasiya şəbəkəsinə inteqrasiya mütəmadi olaraq genişləndirilir;
        - cəmiyyətin, iqtisadiyyatın, dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin ümumistifadəli rabitə və informasiya texnologiyaları şəbəkələrinə qoşulma imkanları və onların artan
          tələbatları təmin edilir;
        - muxtar respublikanın informasiya təhlükəsizliyi sistemi müntəzəm əsasda təkmilləşdirilir;
        - poçt xidmətinin modernləşdirilməsi və yeni xidmət növlərinin istifadəyə verilməsi davam etdirilir;
        - yeni texnika və texnologiyaları tətbiq etməklə daha keyfiyyətli radio-televiziya yayımı təmin olunur;
        - innovasiya siyasəti müəyyənləşdirilir və informasiya cəmiyyətinin qurulmasını təmin edən fundamental tədqiqatlar aparılır;
        - rabitə və informasiya texnologiyaları bazarında sərbəst və azad rəqabət şəraiti təmin olunur;
        - dövlət, ictimai və sahə informasiya resurslarının formalaşdırılması həyata keçirilir, informasiya sistemləri və şəbəkələri yaradılır;
        - istehsal və xidmət infrastrukturu tamamilə yeniləşdirilir;
        - daimi iş yerlərinin sayının artırılması müntəzəm əsasda təşviq olunur;
        - sosial infrastruktur müasir standartlar səviyyəsində yeniləşdirilir, bütün yaşayış məntəqələrində yeni təhsil və səhiyyə ocaqları, kənd və qəsəbə mərkəzləri, körpülər və
          yollar, digər sosial və kommunal infrastruktur obyektləri istifadəyə verilir;
        - sosial-mədəni sektorun inkişafına yönəldilmiş investisiyaların həcmi artırılır, innovativ layihələrin icrası sürətləndirilir;
        - elm, təhsil, səhiyyə, mədəniyyət və gənclər siyasəti üzrə həyata keçirilən tədbirlərin effektivliyi davamlı olaraq artırılır;
        - kəmiyyət və keyfiyyət baxımından normal təkrar istehsal üçün zəruri olan doğum səviyyəsini təmin edə biləcək hərtərəfli şərait yaradılmışdır;
        - ölüm səviyyəsinin azaldılması, əhalinin sağlamlığının və həyatının yaxşılaşdırılması hesabına ömür müddətinin uzadılmasına ciddi səy göstərilməkdədir;
        - ictimai tərəqqinin həm yaxın, həm də uzaq gələcəyə perspektivləri nəzərə alınmaqla miqrasiya proseslərinin səmərəli tənzimlənməsi reallaşdırılır;
        - muxtar respublikanın sosial-iqtisadi, siyasi və demoqrafik mənafelərini rəhbər tutaraq inzibati ərazidə, o cümlədən sərhədyanı yaşayış məntəqələrində əhalinin
          məskunlaşması prosesi daha da yaxşılaşdırılır və demoqrafik potensialın artırılması üçün şərait təkmilləşdirilir;
        - ailə institutunun mənəvi-əxlaqi dəyərləri təbliğ olunur, sağlam həyat tərzinin daha da yaxşılaşdırılması təşviq edilir;
        - müasir tipli turizm infrastrukturu formalaşdırılır;
        - ixracın həcminin davamlı olaraq artırılması təşviq olunur;
        - səmərəli institusional dəyişikliklər fonunda çevik idarəetmənin təşkili sürətləndirilir.
Nəticələr və təmin olunmuş hədəflər
        Ötən 15 il ərzində əldə olunmuş uğurlar və nailiyyətlər dəqiq düşünülmüş icra intizamının və Heydər Əliyev yoluna sədaqətin nəyə qadir olduğunun daha bir göstəricisinə çevrilmiş, muxtar respublikamızda iqtisadi və sosial sahədə makroiqtisadi göstəricilər hər il yüksələn xətlə davam etmişdir.
        Əsas xarakterik cəhət ondan ibarətdir ki, ötən dövr ərzində həyata keçirilən islahatlar muxtar respublikada makroiqtisadi səviyyəni xarakterizə edən göstəricilərin müəyyən qisminin deyil, ümumilikdə hamısının pozitiv meyilli yüksəlişini təmin etmişdir. 2010-cu ilin yanvar-noyabr aylarında ümumi daxili məhsulun həcmi 1995-ci ilə nisbətən 24 dəfə, adambaşına düşən ümumi daxili məhsulun həcmi 20 dəfə, sənaye məhsulunun həcmi 32 dəfə, əsas kapitala yönəldilən investisiyalar 152 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 6 dəfə, nəqliyyat sektorunda yük daşınması 15 dəfə, informasiya və rabitə xidmətlərinin həcmi 78 dəfə, pərakəndə əmtəə dövriyyəsi 15 dəfə, əhaliyə göstərilən pullu xidmətlər 25 dəfə, dövlət büdcəsinin gəlirləri 24 dəfə, əhalinin gəlirləri 29 dəfə, adambaşına düşən gəlirlər 24 dəfə, orta aylıq əməkhaqqı isə 19 dəfə artmışdır.
        Diqqəti cəlb edən əsas məqamlardan biri ondan ibarətdir ki, son 15 il ərzində yaradılmış iqtisadi potensial və qazanılmış uğurlar muxtar respublikamızın yarandığı 1924-cü ildən 1995-ci ilədək - yəni 71 illik zaman məsafəsində əldə olunanları xeyli üstələyir. Mühüm bir fakt ondan ibarətdir ki, 1924-1995-ci illər ərzində muxtar respublikada fəaliyyət göstərən sənaye müəssisələrinin maksimum sayı 56-ya bərəbər olmuş, ötən 15 il ərzində isə sənaye sahəsində reallaşdırılan islahatların uğurlu nəticəsi kimi əlavə olaraq 367 yeni müəssisə işə başlamış və hazırda bu göstərici 423-ə çatmışdır. Analoji qaydada sənaye məhsullarının sayı üzrə də müsbət meyillər özünü göstərməkdədir. Əgər 1924-1995-ci illərdə muxtar respublikada istehsal olunan sənaye məhsullarının sayı üzrə maksimum göstərici 28-ə bərabər idisə, ötən 15 il ərzində əlavə olaraq 209 yeni sənaye məhsulunun istehsalına başlanılmış və bu göstərici ümumilikdə 237-yə çatmışdır.
        Avtomobil yollarının inşası üzrə dinamika ümumilikdə nəqliyyat kompleksinin inkişafı səviyyəsini səciyyələndirən mühüm göstəricilərdəndir. Ötən 15 il ərzində muxtar respublikanın inzibati ərazisində 2926 kilometr uzunluğunda yeni avtomobil yolları inşa olunmuşdur ki, bu da 1924-1995-ci illər ərzində salınmış 1320 kilometr uzunluğunda avtomobil yollarını 2 dəfə üstələyir.
        Son 15 il üzrə iqtisadi inkişafın xarakterik xüsusiyyətlərindən biri ondan ibarətdir ki, iqtisadiyyata investisiya qoyuluşlarının davamlılığı və proporsional bölgüsü təmin olunmuşdur. Natura ifadəsində mühüm bir müqayisə predmeti ondan ibarətdir ki, keçmiş sovetlər birliyinin yüksək inkişaf mərhələlərindən hesab olunan 1989-cu ildə muxtar respublikada tikinti sektorunda 1 ay ərzində istifadə olunan 2176 ton beton hazırda 1 gün ərzində inşaat işlərinə sərf olunmaqdadır.
        Təhsilə göstərilən yüksək qayğı hazırkı dövlət siyasətinin başlıca məqsədlərindəndir. Bu qayğını aydın ifadə etməyə imkan verən mühüm bir göstərici ondan ibarətdir ki, ötən 15 il ərzində muxtar respublikada 168 yeni məktəb tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Sovetlər birliyi dönəmində isə bu sayda məktəbi inşa etmək üçün 41 il vaxt sərf olunmuşdur.
        Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, dövlətimizin ən qiymətli incisi onun vətəndaşlarıdır. Məhz bu prinsip üstün tutulmaqla əhalinin sağlamlığının qorunması, tibbi profilaktika işinin genişləndirilməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması, müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocaqlarının inşası səhiyyə sahəsində reallaşdırılan mühüm islahatlardandır. Təkcə son 15 il ərzində muxtar respublikada 173 səhiyyə ocağı tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir ki, bu sayda tikilini təhvil vermək üçün keçmiş sovetlər birliyi vaxtında 50 ilə yaxın vaxt lazım gəlmişdir.
        Həyata keçirilən irimiqyaslı islahatların nəticəsidir ki, bu gün Naxçıvan Muxtar Respublikası iqtisadi fəallıq üzrə öz statusunu aqrar bölgədən sənaye regionuna dəyişmişdir. Artıq muxtar respublikada il ərzində istehsal olunan sənaye məhsulunun həcmi kənd təsərrüfatı məhsulunun həcmini orta hesabla 30 faiz üstələyir ki, bu da ümumilikdə inzibati ərazimizdə sənaye potensialının aparıcı mövqe qazandığını sübut etməkdədir.
Son 15 il ərzində 367 yeni sənaye müəssisəsi işə başlayıb
        Ötən 15 il ərzində muxtar respublikanın sənayesində həyata keçirilən islahatların başlıca məqsədi mövcud sənaye müəssisələrinin fəaliyyətinin bərpası və yenidən qurulmasından, yeni müəssisələrin yaradılmasından, sənaye məhsullarının istehsalının təşkilindən, təbii sərvətlərin və əmək resurslarının səfərbər edilməsi tədbirlərini həyata keçirməklə sənayenin dayanıqlı və davamlı inkişafını təmin etməkdən ibarət olmuşdur. Bu dövr ərzində kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin yaradılmasına və bu əsasda da ixrac potensialının artırılmasına xüsusi diqqət yetirilmişdir.
        Sənaye sahəsində həyata keçirilən irimiqyaslı islahatların uğurlu nəticəsidir ki, son 15 il ərzində muxtar respublikada 367 yeni sənaye müəssisəsi işə başlamışdır. Əgər 1996-cı ilin əvvəlinə muxtar respublikada 56 sənaye müəssisəsi mövcud idisə 01 dekabr 2010-cu ilədək olan dövr ərzində bu müəssisələrin sayı 8 dəfə artaraq 423-ə çatmışdır.
        Muxtar respublika iqtisadiyyatında daxili bazarın qorunması və istehlakçıların yerli məhsullarla təmin edilməsi istiqamətində aparılan islahatların uğurlu nəticəsidir ki, hazırda muxtar respublikada 237 adda məhsul istehsal olunmaqdadır.

Sənaye məhsulunun istehsalının dinamikası, min manatla

        Hazırda muxtar respublikanın sənaye müəssisələrində 12129 nəfər işçi çalışır ki, bu da 01 yanvar 1996-cı ildəki müvafiq göstəricini 6 dəfə üstələyir.
        Sənayenin əsas sahələrindən biri elektroenergetikadır. Muxtar respublikada elektrik enerjisi təminatının yaxşılaşdırılması məqsədilə ötən dövr ərzində ümumi gücü 87 mVt olan Naxçıvan Modul Elektrik Stansiyası, ümumi gücü 22 mVt olan Biləv Su Elektrik Stansiyası, ümumi gücü 4,5 mVt olan Vayxır Su Elektrik Stansiyası tikilmiş, ümumi gücü 60 mVt olan Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası isə yenidən qurulmuşdur. Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, 2010-cu ilin yanvar-noyabr ayları ərzində 483,3 milyon kvt saat elektrik enerjisi istehsal edilmişdir ki, bu da 1995-ci ildəki müvafiq göstəricidən 4 dəfə çoxdur.
        Bu gün muxtar respublikamız elekrtik enerjisi idxal olunan regiondan elektrik enerjisi ixrac edən diyara çevrilmişdir.
        Uzunmüddətli fasilədən sonra muxtar respublikada istehlakçıların, ən əsası isə əhali təsərrüfatlarının təbii qazla təminatı həyata keçirilir. Artıq əhalinin və təsərrüfat subyektlərinin qazla təchizatı prosesi başa çatdırılmış, 01 dekabr 2010-cu il tarixə 77 min 959 mənzil qazlaşdırılmış, pulsuz olaraq mətbəx sobaları verilmiş, qaz sayğacları quraşdırılmışdır.

Əhalinin qazla təminatı haqqında

Göstəricilər 01 dekabr 2010-cu il tarixə 01 yanvar 1991-ci il artım, azalma
Abonentlərin sayı, nəfər 77959 33084 2,4 dəfə
Yaşayış məntəqələrinin sayı 220 97 2,3 dəfə

Son 15 il ərzində əsas kapitala 2 milyard manat həcmində investisiya yönəldilmişdir
        Sosial-iqtisadi proseslərin intensivliyinin təmin edilməsi, idarəetmənin, iqtisadiyyatın müxtəlif sahələrində çalışan işçilərin əmək şəraitinin müasir standartlar səviyyəsində yaxşılaşdırılması üçün mütəmadi olaraq əsas fondların yaradılması, yeniləşdirilməsi, infrastrukturun, kommunal xidmət təminatının təkmilləşdirilməsi, sosial obyektlərin inşası hazırkı iqtisadi fəaliyyətin mühüm istiqamətlərindəndir.
        Bu gün muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində, rayon mərkəzlərində, şəhər, qəsəbə və kəndlərdə aparılan geniş tikinti-quraşdırma, abadlaşdırma işləri, yolların və körpülərin tikintisi, təmiri muxtar respublikanın simasını gözəlləşdirməklə yanaşı onun inkişafının təcəssümünə çevrilmişdir.
        2010-cu ilin yanvar-noyabr aylarında əsas kapitala yönəldilən investisiyaların həcmi 1995-ci ildəki müvafiq göstəricini 152 dəfə üstələyərək 462 milyon 407 min manata çatmışdır.
        01 yanvar 1995-ci il tarixdən 01 dekabr 2010-cu ilədək olan dövr ərzində muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş investisiyanın həcmi 1 milyard 950 milyon manat təşkil etmişdir. Bu investisiyanın sərfi nəticəsində ötən dövr ərzində 393 inzibati bina, mənzil-kommunal təsərrüfatı sahəsində 593 obyekt, 153 nasos stansiyası, 353 subartezian quyusu, 119 körpü, rabitə və informasiya texnologiyaları sahəsində 260 obyekt və qurğu, 2095 müxtəlif güclü transformator yarımstansiyası, 45 məişət evi və ticarət mərkəzi, 231 elm və təhsil müəssisəsi, 272 mədəniyyət müəssisəsi, 173 səhiyyə müəssisəsi, 33 idman obyekti, 312 halda su, kanalizasiya və drenaj xətləri, əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri, təbii fəlakətdən zərər çəkənlər və digər bu kimi kateqoriyalardan olan şəxslər üçün 457 fərdi ev, 3392 istehsal, xidmət və digər infrastruktur obyektləri istifadəyə verilmişdir.

Son 15 ildə hərbi quruculuq üzrə 140 obyekt inşa olunub
        Ötən 15 il ərzində muxtar respublikanın etibarlı müdafiə təminatı ilə bağlı ardıcıl olaraq sistemli tədbirlər müəyyənləşdirilib həyata keçirilmiş, 140 obyekt, o cümlədən 13 qərargah binası, hərbi komissarlıq, hərbi prokurorluq orqanları üçün inzibati bina və hərbi hissələrin bölük mərkəzləri üçün 13 bina, 24 zabit və əsgər yataqxanası, 19 yeməkxana, 18 yaşayış binası, 4 tədris binası, 1 orta məktəb, 1 uşaq bağçası, 3 xəstəxana, 5 tibb məntəqəsi, 3 klub və 36 müxtəlif təyinatlı obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir.

Kənd təsərrüfatı məhsulları istehsalının ümumi həcmi son 15 ildə 6 dəfə artmışdır
        Naxçıvan Muxtar Respublikasında əhalinin zəruri ərzaq məhsulları ilə təmin edilməsi məqsədilə aqrar bölmədə ötən 15 il ərzində aparılan köklü islahatlar bu sahənin daha sürətli inkişafına əlverişli zəmin yaratmışdır. Bu tədbirlərdən işçi qüvvəsinin muxtar respublika ərazisində məhdudiyyətsiz hərəkətinin təmin edilməsi, mütəşəkkil ticarətin təşkilinin dövlət tərəfindən dəstəklənməsi, əsas növ ərzaq məhsullarının kifayət qədər istehsal olunmasına şəraitin yaradılması, yerli və xarici mənşəli ərzaq məhsullarının keyfiyyətinə müvafiq nəzarət mexanizminin tətbiqi və istehlak bazarında texnoloji, ekoloji, sanitar və baytar tələblərinə cavab verməyən məhsulların satışının qarşısının alınması, kənd təsərrüfatı məhsullarının ixracına dövlət tənzimlənməsinin həyata keçirilməsi, zəruri infrastrukturun, anbarların yaradılması, kənd təsərrüfatı maşın və mexanizmlərinin, gübrələrin güzəştli şərtlərlə istehsalçılara çatdırılması və bu istiqamətdə genişmiqyaslı kreditləşdirilmənin təşkili müntəzəm xarakter almışdır.
        Muxtar respublikada ərzaq məhsulları istehsalını artırmaq, əhalini təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək, sahibkarlıq mühitini yaxşılaşdırmaq məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasında yeni istiqamətləri müəyyənləşdirmişdir. Yeni emal müəssisələrinin yaradılması, məhsul istehsalçılarına dövlət maliyyə yardımının göstərilməsi, güzəştli şərtlərlə gübrə satışının təşkili, məhsulun satışı üçün yarmarkaların keçirilməsi kənd təsərrüfatı sahəsində məhsul istehsalının həcminin ildənilə artmasına səbəb olmuşdur.
        Muxtar respublikanın iqlim şəraiti və əhalinin əsas hissəsinin kənd təsərrüfatı ilə məşğul olması burada əkinçiliyin geniş yayılmasını şərtləndirir. 2010-cu ilin məhsulu üçün 59 min 204 hektar sahədə əkin işləri həyata keçirilmişdir ki, bu da 1995-ci ilin məhsulu üçün əkilmiş sahədən 2 dəfə çoxdur.
        Muxtar respublika rəhbərliyinin taxılçılığa mühüm əhəmiyyətli sahə kimi yanaşması nəticəsində bu sahədə yüksək artım meyillərinə nail olunmuşdur. Ən əsası isə odur ki, əsas təbii ehtiyat sayılan torpaqların məhdud olması nəzərə alınır və bitkiçilik ekstensiv üsulla deyil, müasir aqrokimyəvi və aqrotexniki tədbirlərə əsaslanan intensiv metodlarla, yəni məhsuldarlığın yüksəldilməsi yolu ilə inkişaf etdirilir. Bunun nəticəsində 1995-ci ilə nisbətən 2010-cu ildə taxıl əkini sahəsi 65 faiz, məhsul istehsalı isə 4 dəfə artmışdır.
        Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamına əsasən kənd təsərrüfatı məhsulları istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına görə dövlət tərəfindən hər hektar sahə üçün 40 manat, bundan başqa, buğda istehsalçılarının maddi marağının artırılması və onların stimullaşdırılması ilə əlaqədar olaraq səpilən hər hektar buğda sahəsi üçün əlavə olaraq 40 manat vəsaitin verilməsi təmin olunmuşdur. Həmçinin, hər hektar sahə üçün tələb olunan mineral gübrələrin 50 faiz güzəştlə satışı həyata keçirilmişdir.
        2009-cu ildə tutumu 18 min ton taxılı uzunmüddətə, tutumu 20 min ton taxılı qısamüddətə saxlamağa imkan verən Naxçıvan Muxtar Respublikası Taxıl Ehtiyatı Anbarının istifadəyə verilməsi muxtar respublikada taxıl ehtiyatlarının yaradılmasında əsas rol oynamaqla istehsalçıların məhsul tədarükü zamanı rastlaşdıqları problemlərin aradan qaldırılmasında mühüm əhəmiyyətə malikdir. Son 3 il ərzində muxtar respublikada istehsal olunan buğdanın hər kiloqramının orta hesabla 33 qəpikdən mərkəzləşmiş qaydada satın alınması məhsul istehsalçılarının taxıl istehsalına və onun vaxtında itkisiz yığılmasına marağını daha da artırmışdır.
        Muxtar respublikada taxılçılıqla yanaşı kartof istehsalına xüsusi diqqət yetirilir. Daxili bazarın kartofla təminatında idxaldan asılılığı azaltmaq, əhali tələbatının keyfiyyətli yerli məhsul hesabına ödənilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 11 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş, 2005-2010-cu illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq kartof əkini üçün əlverişli torpaq sahələri müəyyənləşdirilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində 2010-cu ildə 2740,5 hektar sahədə kartof əkilmişdir. 01 dekabr 2010-cu il tarixə 2740,5 hektar sahədən 37901 ton məhsul yığılmışdır ki, bu da 1995-ci ildə olan göstəricidən 95 dəfə çoxdur.
        2010-cu ilin yanvar-noyabr ayları ərzində muxtar respublikada 96010 ton taxıl, 64782 ton tərəvəz, 40024 ton bostan məhsulları, 52141 ton meyvə və giləmeyvə istehsal olunmuşdur ki, bu da 1995-ci ildə olan göstəriciləri müvafiq olaraq 4 dəfə, 50 dəfə, 100 dəfə, 3 dəfə üstələmişdir.

Əsas növ ərzaq məhsulları istehsalı, min ton

Məhsulların adı 2010-cu ilin yanvar-noyabr ayları üzrə 1995-ci il üzrə analoji nisbət
Taxıl 96,0 23,6 4,1 dəfə
Kartof 37,9 0,4 94,8 dəfə
Tərəvəz 64,8 1,3 49,8 dəfə
Bostan məhsulları 40,0 0,4 100 dəfə
Meyvə və giləmeyvə 52,1 19,0 2,7 dəfə

        Aqrar sektorda yüksək iqtisadi aktivliyi təmin edən amillərdən biri isə kənd təsərrüfatı üzrə maşın və mexanizmlərin sayının tələbata uyğun olaraq artırılmasından ibarətdir. Bu istiqamətdə həyata keçirilən tədbirlərə uyğun olaraq “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 110 ədədi 2010-cu ilin yanvar-noyabr aylarında olmaqla cəmi 564 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmişdir. 2010-cu ilin yanvar-noyabr aylarında əvvəlki illərdə gətirilən texnikalarla birlikdə 74 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir.
        Muxtar respublikanın aqrar sektorunun inkişafında mühüm element kimi soyuducu anbarların yaradılması işi üstün istiqamət almışdır. Bu anbarlar bir tərəfdən istehsal olunan məhsulların satışı ilə əlaqədar meydana çıxan problemləri aradan qaldırmaqla meyvə-tərəvəzin yetişdirilməsinə marağı artırırsa, digər tərəfdən əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatına imkan verir. Qeyd olunan amillər nəzərə alınmaqla bu dövr ərzində ümumi tutumu 7 min 920 ton olan 12 soyuducu anbar istifadəyə verilmiş, ümumi tutumu 500 ton olan 1 soyuducu anbarın qurulması hazırda davam etdirilir.
        Muxtar respublikada kənd təsərrüfatının əsas sahələrindən biri də heyvandarlıqdır. Əhalinin heyvandarlıq məhsulları ilə etibarlı təminatı üçün bu sahəyə xüsusi diqqət yetirilmiş, heyvanların baş sayında və heyvandarlıq məhsullarının istehsalında artıma nail olunmuşdur.
        01 oktyabr 2010-cu il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 102 min 749 baş, qoyun və keçilərin sayı isə 621 min 133 baş olmuşdur ki, bu da 01 yanvar 1996-cı ilə olan göstəriciləri müvafiq olaraq 85 faiz və 2 dəfə üstələyir.
        Muxtar respublikamızda dövlət baytarlıq xidməti orqanları tərəfindən heyvan (mal-qara, quşlar, balıqlar, arılar, vəhşi heyvanlar) xəstəliklərinin qarşısının alınması, insan sağlamlığı üçün yararlı və təhlükəsiz heyvandarlıq məhsullarının istehsalı, habelə əhalinin heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən mühafizəsi, heyvandarlıqda yüksək məhsuldarlıq göstəricilərinin təmin olunması üçün xüsusi əhəmiyyət kəsb edən süni mayalandırma işinin təşviqi üzrə elmi, praktiki və təşkilati tədbirlər reallaşdırılmaqdadır. Təkcə son 5 il ərzində baytarlıq xidməti üzrə 61 yeni infrastruktur obyektinin inşası faktı isə bu sahəyə istiqamətlənmiş yüksək dövlət qayğısını daha aydın xarakterizə etməkdədir.
        Aparılan məqsədyönlü tədbirlər və əhalidə xüsusi mülkiyyətə münasibətin köklü dəyişməsi, fərdi sahibkarlıq fəaliyyətinin üstün istiqamət alması öz növbəsində muxtar respublikada il ərzində istehsal olunan kənd təsərrüfatı məhsullarının həcminin artmasını şərtləndirən əsas amillərdəndir. Belə ki, 2010-cu ilin yanvar-noyabr ayları ərzində muxtar respublikada 215 milyon manata yaxın kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 1995-ci ilin müvafiq göstəricisindən 6 dəfə çoxdur.

Son 15 ildə 10394 hektar sahədə yeni yaşıllıqlar salınmışdır
        Muxtar respublikada həyata keçirilən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir.
        Son 15 ildə muxtar respublika ərazisində təkcə dövlət strukturlarının dəstəyi ilə 10394 hektar sahədə yaşıllıqlar - meşə massivləri, meyvə bağları, yaşıllıq zolaqları salınmışdır. Hazırda muxtar respublikanın ümumi ərazisinin 7-8 faizini yaşıllıqlar əhatə edir. 1990-cı ilin əvvəllərində isə bu göstərici 0,6 faiz həddində olmuşdur.

Yeni salınmış meşə massivləri və yaşıllıq zolaqları, hektarla

        Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 23 sentyabr tarixli Sərəncamına əsasən Qafqaz ekoregionunda ilk dəfə olaraq muxtar respublikamızda transsərhəd çay olan Araz çayı boyunca (muxtar res­publika hüdudlarına aid hissədə) “Arazboyu” Dövlət Təbiət Yasaqlığı (ərazisi 9118 hektar) yaradılmışdır. Bu yasaqlığın yaradılması Araz çayı və Araz dəryaçasında su sərvətlərinin, o cümlədən su, bataqlıq quşlarının qorunmasına, onların məskunlaşdığı yerlərə insan təsirinin azalmasına şərait yaratdı. Ötən illərdə Kiçik Qafqazın Zəngəzur-Dərələyəz dağ silsilələrinin Naxçıvan hüdudlarına aid hissəsini əhatə edən, təbiət komplekslərinin, təbiət və tarixi mədəniyyət abidələrinin yerləşdiyi coğrafi ərazilərdə respublika və beynəlxalq əhəmiyyətli milli parkın yaradılması sahəsində zəruri addımlar atılmışdır.
        Mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi də ekoloji mühitin sağlamlaşdırılmasına öz müsbət təsirini göstərməkdədir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 noyabr tarixli Sərəncamı ilə Akademik Həsən Əliyev adına Ordubad Milli Parkının ərazisi Şahbuz Dövlət Təbiət Qoruğu, habelə Naxçıvan Muxtar Respublikasının Culfa və Ordubad rayonlarının inzibati ərazisində olan dövlət meşə fondu, Şahbuz, Culfa, Ordubad rayonlarının ərazisindəki yay otlaqlarının torpaqları hesabına genişləndirilmiş, 42 min 787 hektardan çox ərazidə Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkı yaradılmışdır.
        Bundan başqa, mövcud ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, təbii sərvətlərin qorunması, onlardan səmərəli istifadə olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 22 iyun tarixli Fərmanı ilə Şərur, Kəngərli, Şahbuz və Babək rayonlarının ərazisində 68 min 911 hektar sahədə “Arpaçay” Dövlət Təbiət Yasaqlığı yaradılmışdır.

Muxtar respublikaya son 15 ildə 20320 yeni avtomobil gətirilib
        Muxtar respublika iqtisadiyyatının ahəngdar fəaliyyətinin təşkili, müdafiə qüdrətinin gücləndirilməsi və əhalinin artan hərəkət dinamikliyinin təmin edilməsində mühüm infrastruktur sahə olan nəqliyyat ictimai həyatda əhəmiyyətli rola malikdir.
        20 ildən artıqdır ki, muxtar respublika blokada şəraitindədir. Ötən dövrlər ərzində blokada vəziyyəti ilə bağlı çətinlikləri aradan qaldıraraq, nəqliyyat infrastrukturunu yenidən təşkil etmək sahəsində əsaslı tədbirlər görülmüş, Naxçıvan Beynəlxalq Hava Limanının, Sədərək, Culfa və Şahtaxtı Gömrük İdarələrinin sərhədkeçid komplekslərinin, Şahtaxtı Sərhəd Keçid Məntəqəsində yeni körpünün istifadəyə verilməsi, “Bakı-Naxçıvan-Bakı” müntəzəm avtobus marşrutunun açılması, əlaqələrin genişlənməsində mühüm mərhələ olmuşdur. Bu işlərin davamı kimi hazırda Culfa (Azərbaycan Res­publikası) – Culfa (İran İslam Respublikası) yeni avtomobil yolu körpüsünün inşası aparılır. Son 15 ildə muxtar respublikada 2926 kilometr uzunluğunda yeni avtomobil yolları salınmış, 5 yeni avtovağzal kompleksi inşa olunmuş, 119 körpü tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Bu müddət ərzində şəhər nəqliyyatı işinin yaxşılaşdırılması istiqamətində tədbirlərə uyğun olaraq 156 ədəd yeni müasir tipli avtobus alınaraq muxtar respublikaya gətirilmiş və istismara cəlb olunmuşdur. Digər tərəfdən isə bu müddət ərzində dəmiryolu nəqliyyatının gələcək inkişaf perspektivləri nəzərə alınaraq infrastrukturu davamlı olaraq təkmilləşdirilmiş və muxtar respublika daxilində ahəngdar işi təmin edilmişdir.

İnformasiya və rabitə sahəsində göstərilmiş xidmətlərin həcmi, min manatla

Muxtar respublikada 358 mindən artıq mobil telefon aktiv istifadədədir
        1995-ci ildən ötən dövr ərzində muxtar respublika ərazisində 4 mobil rabitə operatorunun fəaliyyətinin təşkil edilməsi, internet xidməti sahəsinin yaradılması, mövcud koordinat tipli avtomat telefon stansiyalarının hamısının elektron tipli avtomat telefon stansiyaları ilə əvəz edilməsi, İran İslam Respublikasının ərazisindən keçməklə Bakı və Naxçıvan şəhərləri arasında fiber optik kabelin çəkilişi, “Naxtel” simsiz telefon xidmətinin istifadəyə verilməsi, “Kanal-35” televiziyasının və “Naxçıvanın səsi” radio kanalının efirə verilməsinin təşkili, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin maddi-texniki bazasının gücləndirilməsi, gün ərzində efir vaxtının artırılması, Naxçıvan Muxtar Respublikası İnternet Mərkəzinin, Naxçıvan Muxtar Res­publikası Kompyuter Təlim-Tədris və İnternet Mərkəzinin və onun rayon filiallarının səmərəli fəaliyyətinin təşkili, iqtisadiyyatın bütün sahələrində informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin uğurla davam etdirilməsi, bu sahə ilə əlaqədar çoxsaylı beynəlxalq simpoziumların və konfransların keçirilməsi muxtar respublikada informasiya və kommunikasiya texnologiyalarının ictimai həyatımıza sürətli inteqrasiyasını bir daha sübut edir.
        Bu işlərin davamı qismində 2010-cu ilin may ayında Naxçıvan şəhərini, Babək qəsəbəsini və Nehrəm kəndini əhatə edən Yeni Nəsil Telekommunikasiya şəbəkəsi istifadəyə verilmişdir. Yeni Nəsil Telekommunikasiya şəbəkəsinin ənənəvi telefon rabitəsi sistemlərindən əsas üstünlükləri eyni zamanda səs və şəkil siqnallarının ötürülməsi, şəbəkə üzərindən televiziya və geniş zolaqlı internet, video-telefon və çoxlu sayda əlavə servis xidmətləri göstərməkdən ibarətdir.
        2010-cu ilin yanvar-noyabr aylarında informasiya və rabitə xidmətlərinin həcmi 1995-ci ildəki müvafiq göstəricini 78 dəfə üstələyərək 32 milyon 560 min manat olmuşdur ki, bunun da 27 milyon 921 min manatı mobil rabitənin payına düşür.
Son 10 ildə sahibkarlara 100 milyon manata yaxın həcmdə kreditlər verilmişdir
        Kredit qoyuluşu maliyyə fəaliyyətinin tərkib hissəsi olmaqla iqtisadiyyatın dinamik inkişafında, yeni infrastrukturun yaradılmasında, insanların sahibkarlıq sferasına daxil olmasında və sair bu kimi zəruri məqsədlərə çatmaqda mühüm vasitədir. Naxçıvan Muxtar Respublikasının inzibati ərazisində fəaliyyət göstərən bank strukturları və kredit təşkilatları tərəfindən sahibkarlara 2010-cu ilin yanvar-noyabr ayları ərzində verilmiş kreditlərin həcmi 1995-ci illə müqayisədə 123 dəfə artaraq 30 milyon 897 min manat təşkil etmişdir. Verilmiş kreditlərin 13 milyon 661 min manatı qısa­müddətli, 17 milyon 236 min manatı isə uzunmüddətli kreditlərdir.
        2000-ci ildən ötən müddət ərzində Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondu tərəfindən 959 layihənin maliyyələşdirilməsinə ümumilikdə 63 milyon manatdan çox kredit verilmişdir.
        Daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında, idxaldan asılılığın azaldılmasında, əhalinin tələbatının daha dolğun ödənilməsində yerli istehsalın rolu əhəmiyyətli dərəcədə artırılmışdır.
        Həyata keçirilmiş tədbirlər nəticəsində bu gün 108 növdə, 319 çeşiddə ərzaq, 179 növdə, 432 çeşiddə qeyri-ərzaq olmaqla, cəmi 287 növdə, 751 çeşiddə məhsul istehsal olunur. İstehsal olunan 89 növdə ərzaq, 153 növdə qeyri-ərzaq olmaqla, cəmi 242 növdə məhsula olan tələbat tamamilə yerli is­tehsal hesabına ödənilir.
        Özəl sektorun inkişafı üçün yaradılmış münbit şəraitin nəticəsi olaraq 2010-cu ilin yanvar-noyabr aylarında muxtar respublikada Ümumi Daxili Məhsul istehsalında özəl bölmənin payı 86,4 faiz təşkil etmişdir. Özəl sektor inkişaf etdikcə, ümumi daxili məhsulda bu sektorun xüsusi çəkisi artdıqca və sahibkarlıq fəaliyyəti genişləndikcə məşğulluq problemi də məhz bu sektor hesabına təmin edilir.

Son 15 ildə muxtar respublikada 65001 yeni iş yeri yaradılmışdır
        Həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsində 1995-ci ildən 01 dekabr 2010-cu il tarixədək muxtar respublika üzrə 65001 yeni iş yeri yaradılmışdır. Yeni iş yerlərinin 21580-i və ya 33,2 faizi dövlət sektorunda, 43421-i və ya 66,8 faizi qeyri-dövlət sektorunda yaradılmışdır. Yeni yaradılmış iş yerlərinin 39502-si və ya 60,8 faizi daimi iş yeridir.
        Tənzimlənən bazar iqtisadiyyatı şəraitində muxtar respublikamızda da əmək bazarının konyukturunun öyrənilməsi və ona səmərəli müdaxilə, işaxtaranlara, xüsusilə də gənclərə, o cümlədən peşə tədrisini başa vurmuş, müəyyən ixtisas və ya peşə vərdişlərinə yiyələnmiş məzunlara əmək bazarında aktiv iş axtarma meyillərinin aşılanması, onların gələcək iş prosesinə psixoloji cəhətdən hazırlanması, ən əsası işlə təminatda köməkliyin göstərilməsi məşğulluq xidməti orqanları qarşısında duran mühüm vəzifələrdəndir. Belə ki, son 15 il ərzində muxtar respublikanın məşğulluq xidməti orqanları 19120 nəfərin işlə təminatında köməklik və vasitəçilik etmişdir.

15 il öncəyə nisbətdə ixrac potensialımız 86 dəfə güclənmişdir
        Ümumi iqtisadi aktivliyi gücləndirən amillərdən biri yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən yerli istehsal məhsullarının dünya bazarlarına sərbəst çıxarılmasından, satış problemlərinin səmərəli həllindən, ixrac potensialının daha da gücləndirilməsindən ibarətdir.
        Son 15 il ərzində muxtar respublikada sahibkarlıq fəaliyyəti və ticarət üçün yaradılmış münbit şəraitin nəticəsi olaraq xarici ticarət əlaqələrinin coğrafiyası daha da genişlənmiş və ilk dəfə olaraq 2009-cu ildə xarici ticarətdə müsbət saldo yaranmışdır. 2009-cu il ərzində xarici ticarət dövriyyəsinin 112287,2 min ABŞ dollarını ixrac, 107759,3 min ABŞ dollarını isə idxal təşkil etməklə xarici ticarət dövriyyəsi 220046,5 min ABŞ dollarına çatmışdır.
        Yerli istehsal potensialının davamlı olaraq gücləndirilməsi qarşılığında kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatın ödənilməsində idxaldan asılılıq əsas etibarı ilə aradan qaldırılmışdır. Bir faktı qeyd etmək olar ki, əgər 1995-ci ildə muxtar respublikaya xarici ölkələrdən idxal olunan məhsulların 90 faizini ərzaq və kənd təsərrüfatı məhsulları təşkil edirdisə, ötən il bu göstərici azalaraq 28 faizə düşmüşdür. Bu 28 faizin əsas hissəsi isə muxtar respublikada yetişdirilməsi mümkün olmayan bitkilərdən ibarətdir. Hazırda muxtar respublikaya ərzaq idxalının sonu, texnika və avadanlıq idxalının isə aktiv dövrü müşahidə edilməkdədir.

Sosial qayğının əhatəliliyi təmin olunmuşdur
        Ötən 15 il ərzində muxtar respublikada sosial müdafiəyə ehtiyacı olan əhali qrupuna yönəldilmiş xüsusi dövlət qayğısı prioritet istiqamət kimi saxlanılmış, Azərbaycan Vətən Müharibəsi, 1941-1945-ci illər müharibəsi əlillərinə və Çernobıl Atom Elektrik Stansiyasındakı qəzanın ləğvi zamanı əlil olanlara 255 ədəd avtomobil verilmiş, 177 əlil və şəhid ailəsi mənzil və fərdi yaşayış evləri ilə təmin olunmuşdur. 2010-cu ilin yanvar-noyabr ayları ərzində muxtar respublikada adambaşına aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 3 milyon 198 min manatdan çox ünvanlı dövlət sosial yardımı ödənilmişdir.
        Son 15 il ərzində ehtiyacı olan 3035 nəfər əlil müxtəlif texniki reabilitasiya vasitələri ilə (əlil arabası, eşitmə aparatı, əsa, qoltuqaltı və dirsəkaltı əsa) təmin olunmuşlar. Protez-ortopedik məmulatlara ehtiyacı olan 1438 nəfərə xidmət göstərilmiş, respublikamızın müxtəlif sanatoriyalarında müalicə olunmaq üçün 1604 nəfər göndərişlərlə təmin olunmuşdur. Bundan əlavə, 1369 nəfər əlilin Naxçıvan Əlilərin Bərpa Mərkəzində, 555 nəfər 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqların Naxçıvan Uşaq Bərpa Mərkəzində müalicələri təşkil olunmuş, 1185 nəfərin respublika daxilində müalicəsinə köməklik göstərilmiş, onurğa sütunundan əziyyət çəkən 110 nəfərin Ukrayna Respublikasında müalicəyə göndərilməsi təmin edilmişdir.
        İqtisadi yüksəliş dövrünü yaşayan muxtar respublikamızda həyata keçirilən uğurlu sosial siyasət bütövlükdə cəmiyyət üzvlərinin maddi və mənəvi tələblərinin ödənilməsinə, həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilmişdir. Bu mənada muxtar respublikada ahıllar dövlətin daimi diqqət və qayğısı ilə əhatə olunmuşlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri­nin 30 may 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” bu diqqət və qayğının daha bir ifadəsidir. Dövlət Proqramının qəbulundan ötən dövr ərzində ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində uğurlu nəticələr əldə edilmiş, tənha yaşayan, hərəkət qabiliyyəti məhdudlaşmış ahıllara evdə xidmət işinin keyfiyyəti xeyli yüksəldilmiş, ahıl və tənha vətəndaşlara göstərilən sosial xidmət daha da təkmilləşdirilmiş, ahılların sağlamlığı səmərəli qorunmuş, onların muxtar respublikanın sosial-iqtisadi və mədəni həyatında fəal iştirakı təmin edilmişdir.

Son 15 ildə əhalinin sayı 72 min nəfər artmışdır
        Həyata keçirilən iqtisadi islahatların səmərəliliyi, əhalinin yaşayış standartlarının davamlı yüksəlişi, güzəranının daha da yaxşılaşması, ümumilikdə insanların iqtisadi müstəqillik indekslərinin normal səviyyəsi öz növbəsində demoqrafik vəziyyətin qənaətbəxş mənzərəsini təmin etmişdir.
        01 dekabr 2010-cu il tarixə muxtar respublikada əhalinin sayı 01 yanvar 1996-cı il tarixə olan göstəriciyə nisbətən 71,7 min nəfər artaraq 409,5 min nəfərə çatmışdır. Əgər 1995-ci ilin sonuna muxtar respublikada bir kvadratkilometrə düşən əhalinin sayı 63 nəfər təşkil edirdisə, hazırda bu göstərici 76 nəfərdən çoxdur.
        Son 15 il ərzində muxtar respublikada 108,7 min nəfər uşaq doğulmuşdur ki, bu da hər gün orta hesabla 19-20 körpənin dünyaya gəlişi deməkdir.
        Ötən dövr ərzində ölümün göstəricisi azalmış və əhalinin hər min nəfərinə hesabı ilə 1995-ci ildəki 6 nəfərə qarşı hazırda 5 nəfərə düşmüşdür.
        Son 15 il ərzində muxtar respublikada 46371 nikah bağlanmışdır. Əgər 1995-ci ildə muxtar respublika üzrə bağlanmış nikahların sayı 2611-ə bərabər idisə, 2010-cu ilin yanvar-noyabr ayları ərzində bu göstərici 561 nikah artaraq 3172 nikah olmuşdur.
        Muxtar respublikamızda əhali sağlamlığının və rifahının davamlı yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması öz növbəsində 1 yaşa qədər ölən uşaqların sayı üzrə göstəricini kəskin şəkildə aşağı salmışdır. Belə ki, hər 1000 nəfər doğulana hesabı ilə 1 yaşa qədər ölən uşaqların sayı 1995-ci ildə 20,6 nəfər olmuşdursa, 2010-cu ilin yanvar-noyabr ayları ərzində bu göstərici sıfıra yaxınlaşmışdır.
        Əhalinin rifah halının və tibbi xidmətlərin davamlı yüksəlişi ilə məntiqi bağlantısı olan mühüm bir göstərici ondan ibarətdir ki, doğuşdan sonrakı dövrün, doğuşun və hamiləliyin ağırlaşmasından zahı və hamilə qadınların ölüm halları muxtar respublikada son illər ərzində sıfır səviyyəsinə endirilmişdir.
        Muxtar respublikada reallaşdırılan səmərəli demoqrafik və sosial-iqtisadi siyasətin uğurlu nəticəsidir ki, ötən 15 il ərzində əhalinin orta ömür müddəti 4,2 il yüksələrək 74,4 ilə çatmışdır.

Cinayət hadisələrinin sayı sıfır səviyyəsinə yaxınlaşır
        Araşdırmalar göstərir ki, iqtisadi inkişafın yüksək templəri ilə hüquqpozmaların sayı arasında subyektiv hallar istisna olmaqla daha çox tərs mütənasiblik mövcuddur. Təcrübədə çox rast gəlinən bu tendensiyanı hazırda Naxçıvan Muxtar Respublikasının timsalında müşahidə etmək mümkündür. Gənclərin səmərəli məşğulluğunun təmin edilməsi, yüksək əməkhaqqı ödənişli yeni iş yerlərinin açılması, yeniyetmələrin təhsildən və tədrisdən yayınma hallarının aradan qaldırılması, güc strukturları və təhsil müəssisələrinin ailələrlə sıx əlaqəsi, asudə vaxtın səmərəli istifadəsinə yaradılan stimul, gənclər də daxil olmaqla müxtəlif əhali qrupları ilə individual xarakterli işin təşkili, ən başlıcası isə cari iqtisadi inkişaf səviyyəsi muxtar respublikamızda cinayətkarlıq üzrə hadisələrin minimum həddini şərtləndirməkdədir.
        2010-cu ilin yanvar-noyabr aylarında muxtar respublikanın ərazisində 13 cinayət hadisəsi qeydə alınmışdır ki, bu da 1995-ci illə müqayisədə 42 dəfə azalma deməkdir. Əhalinin hər 100 min nəfərinə hesabı ilə 3,2 cinayət hadisəsi (1995-ci ildə 161 hadisə) qeydə alınmışdır.

Cinayət hadisələrinin sayı

Göstəricilər 2010-cu ilin yanvar-noyabr ayları üzrə 1995-ci il üzrə   fərq   
Cinayət hadisələri 13 541 -528
Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayət hadisələri - 25 -
Səmərəli institusional dəyişikliklər çevik idarəetmənin təşkilini sürətləndirir
        Naxçıvan Muxtar Respublikasında səmərəli institusional islahatların aparılmasının, uğurlu siyasi sistemin təşəkkül tapmasının əsas mənbəyi heç şübhəsiz ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının qəbulundan irəli gəlir. Muxtar respublikanın bu əsas qanunu muxtariyyətin hüquqi baxımdan səlahiyyətlərini dəqiqləşdirmiş, səmərəli idarəetmə strukturlarının yaradılmasının konstitusion əsaslarını yaratmışdır. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında əsas yeniliklərdən biri kimi burada Ali Vəzifəli Şəxs institutunun təsis edilməsi olmuşdur. Ötən dövrün siyasi, sosial və iqtisadi kriteriyalar üzrə təhlili göstərir ki, bu institutun təsis edilməsi muxtar respublikanın ictimai həyatında səmərəli idarəetmənin təşkilində və uğurlu iqtisadi siyasətin həyata keçirilməsində mühüm əhəmiyyət kəsb etmişdir.
        Avropa Şurasının Hüquq Vasitəsilə Demikratiya Komissiyası (Venesiya Komissiyası) 13 dekabr 1997-ci il tarixdə Venesiya şəhərində keçirilən 33-cü Plenar Sessiyasında Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının layihəsi haqqında yekun rəy qəbul etmişdir. Rəydə qeyd olunur ki, Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunan və Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında təsbit olunmuş səlahiyyətlər sərbəst büdcə siyasəti, iqtisadi inkişaf, sosial müdafiə, ətraf mühitin qorunması, turizm, səhiyyə, elm və mədəniyyət məsələlərinə dair səlahiyyətlər, sərbəst vergi siyasəti və sair bütün bunlar deməyə əsas verir ki, Naxçıvan Muxtar Respublikası digər Avropa muxtariyyətləri arasında daha geniş muxtariyyətə malikdir. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası bütövlükdə Naxçıvandakı muxtariyyətin idarə edilməsi qaydalarını şərtləndirən normal əsaslar yaradır və qitənin digər muxtariyyətlərinin səlahiyyətlərinin və əsaslarının müəyyənləşdirilməsində model kimi çıxış edə bilər.
        İnstitusional islahatların mühüm istiqamətlərindən biri idarəetmənin çevikliyini və səmərəliliyini təmin etmək məqsədilə yeni dövlət hakimiyyəti və xidmət orqanlarının təsis edilməsindən ibarətdir. Ötən dövr ərzində muxtar respublika rəhbərliyi tərəfindən bu istiqamətdə mühüm tədbirlər reallaşdırılmış, xeyli miqdarda yeni idarəetmə strukturları təsis olunmuş, səlahiyyətləri təkrarlanan və paralel funksiyalara malik orqanlar birləşdirilmiş, bir qisim dövlət hakimiyyəti orqanlarının yaradılması üçün səlahiyyətlərə uyğun olaraq ölkə rəhbərliyinə vəsatət göndərilmiş, islahatlar xeyli intensivləşdirilmişdir. Bütün bunlar isə öz növbəsində muxtar respublikada dayanıqlı və professional kadr potensialının formalaşdırılmasına əsaslı zəmin yaratmışdır.
        Ötən dövr ərzində Əliabad və Qıvraq kəndlərinə qəsəbə, Şahbuz qəsəbəsinə şəhər statusu verilmiş, Heydərabad qəsəbəsi və bir yeni inzibati rayon – Kəngərli rayonu, 96 inzibati ərazi dairəsi və 300-dən artıq dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanı, dövlət mülkiyyətində olan digər idarə, müəssisə və təşkilat yaradılmışdır ki, bu da idarəetmənin əhatəli və səmərəli təşkili üçün mühüm islahatlardandır.
        İctimai həyatımızın son 15 ili inkişaf və tərəqqi mərhələsi kimi doğma Naxçıvanımızın iqtisadi və siyasi tarixinin parlaq səhifəsinə çevrildi. Möhkəm qətiyyət, gərgin əmək və müdrik ideologiyaya sadiqliyin vəhdətindən doğan bu uğurlar, nailiyyətlər xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunun alternativsizliyini bir daha sübut edir.
        Dahi öndərin “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin” sözləri bu gün də quruculuq işlərinin əsas qayəsi olmaqla muxtar respublikamızı yeni-yeni uğurlara doğru aparır.
        Aparılan təhlillər və sosial-iqtisadi proseslərin yekunu göstərir ki, muxtar respublikamız sürətli inkişaf tempini qoruyub saxlamaq üçün bütün potensial imkanlarını səfərbər edir, daha uğurlu nəticələrə və yeni-yeni nailiyyətlərə doğru inamla irəliləyir. Bütün bunlar isə günbəgün yeniləşən, ictimai tərəqqisini sürətləndirən Naxçıvan Muxtar Respublikasının daha da parlaq gələcəyindən xəbər verməkdədir.