Təhlil materialları və son məlumatlar
     
 

 
“Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun
saxlanılması, daimi, əbədi olması bundan da çətindir”


Ümummilli lider Heydər Əliyev

İnkişafın 20 ili

      Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir. Təəssüf ki, 1991-1993-cü illərdə dövlət müstəqilliyinin möhkəmlənməsi istiqamətində heç bir iş aparılmadı. Müstəqil Azərbaycan dövlətinin keçdiyi yeni mərhələdə ölkənin iqtisadi, siyasi maraqları, təhlükəsizliyi, ərazi bütövlüyünün təmin olunması ilə bir araya sığmayan daxili və xarici siyasəti müstəqil dövlətçiliyə, onun sonrakı taleyinə ağır zərbələr vurdu.
      Həmin dövrdə ictimai-siyasi həyatda, iqtisadiyyatda hərc-mərclik, qarışıqlıq hökm sürürdü. 1991-ci ildə əlverişli tarixi şəraitin və taleyin xalqımıza bəxş etdiyi imkanlardan yaranmış müstəqil dövlətimiz səriştəsiz siyasət nəticəsində süquta uğramaq təhlükəsi ilə üz-üzə qaldı.
      1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ölkədə hakimiyyət dəyişikliyi baş verdi. 1994-cü ildən başlayaraq iqtisadiyyatda aparılan islahatlar, qanunvericiliyin, vergi və bank sistemlərinin sürətlə dəyişən iqtisadi şəraitə uyğunlaşdırılması, bazar iqtisadiyyatı prinsiplərinə cavab verən yeni iqtisadi siyasətin həyata keçirilməsi bütün sahələrdə inkişafın başlanmasına təkan verdi. 1996-cı ildə sənayedə davam edən tənəzzülün qarşısı alındı. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin reallaşması, iqtisadiyyatın bir çox sahələrinə investisiyaların yönəldilməsi, kiçik və orta müəssisələrin özəlləşdirilməsi üzrə Dövlət Proqramının həyata keçirilməsi, yeni müəssisələrin istifadəyə verilməsi iqtisadi dirçəlişin təməlini qoydu.
      Müasir şəraitdə yaranmış reallıqlar nəzərə alınmaqla ölkə prezidenti tərəfindən Heydər Əliyev quruculuq xəttinin davam etdirilməsi nəticəsində bu gün Azərbaycanda dayanıqlı və sabit iqtisadi sistem formalaşmışdır. Müstəqil Dövlətlər Birliyinin üzvü olan bir çox ölkələrdə 2009-cu ildə iqtisadi tənəzzül 6 faizdən yüksək olduğu halda, həmin il Azərbaycan iqtisadiyyatı 9,3 faizlik artıma nail olmuşdur.
      Səmərəli iqtisadi islahatların məntiqi nəticəsidir ki, 2010-cu ilin yekunlarına görə ölkəmizdə Ümumi Daxili Məhsulun hər bir nəfərə düşən həcmi 4653 manata və ya 5798 ABŞ dollarına çatmış, iqtisadi böhranın qarşısının alındığı 1996-cı ildən Ümumi Daxili Məhsul istehsalı 5,7 dəfə, o cümlədən sənaye sahəsində 5,5 dəfə, kənd təsərrüfatında 1,9 dəfə, tikinti sektorunda 41 dəfə, nəqliyyat xidmətləri sahəsində 3,7 dəfə, rabitədə 18,7 dəfə, ticarət sektorunda isə 5,7 dəfə artmışdır.
      Naxçıvan Muxtar Respublikasında 20 ildə həyata keçirilən iqtisadi islahatlar qısa tarixi dövr ərzində makroiqtisadi sabitliyin bərqərar olmasını təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermiş və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır. Əsas iqtisadi göstəricilər üzrə 1991-2011-ci illərdə əldə olunmuş nailiyyətlər müqayisəli rəqəmlərdə özünü daha qabarıq şəkildə göstərir:

Əsas sosial-iqtisadi göstəricilər

Müqayisə predmeti 2011-ci ilin yanvar-avqust ayları üzrə 1991-ci il üzrə artım, azalma
Ümumi daxili məhsul, min manat 1086463,0 18116,5 60,0 dəfə artım
Hər bir nəfərə düşən ümumi daxili məhsul, manat 2631,3 57,5 45,8 dəfə artım
Ümumi daxili məhsulda özəl sektorun payı, faizlə 85,9 6,3 -
Sənaye müəssisələrinin sayı (müqayisə dövrünün sonuna) 429 46 9,3 dəfə artım
Sənaye sahəsində işləyənlərin sayı (müqayisə dövrünün sonuna), nəfər 14435 1830 7,9 dəfə artım
Sənaye sahəsində bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı, manat 326,5 9,4 34,7 dəfə artım
Elektrik enerjisi istehsalı, milyon kvt.saat 471,0 92,0 5,1 dəfə artım
Sənaye məhsulunun ümumi həcmi, min manat 464079,8 3960,8 117,2 dəfə artım
Əsas kapitala yönəldilən investisiyalar, min manat 578660,1 1794,9 322,4 dəfə artım
Gün ərzində istifadə olunan investisiyanın həcmi, min manat 2381,3 4,9 486,0 dəfə artım
Əhalinin şəxsi vəsaiti hesabına tikilmiş yaşayış sahələri, min kvadratmetr 290,4 8,2 35,4 dəfə artım
Tikinti sahəsində işləyənlərin sayı (müqayisə dövrünün sonuna), nəfər 11295 3460 3,3 dəfə artım
Tikinti sahəsində bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı, manat 407,2 8,9 45,8 dəfə artım
Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, min hektar 60,1 25,1 2,4 dəfə artım
o cümlədən
taxıl 34,8 14,7 2,4 dəfə artım
kartof 2,8 0,2 14,0 dəfə artım
tərəvəz 6,0 0,6 10,0 dəfə artım
bostan bitkiləri 2,8 0,2 14,0 dəfə artım
Əsas bitkiçilik məhsullarının istehsalı, min ton
o cümlədən :
taxıl 101,0 30,7 3,3 dəfə artım
kartof 36,1 0,4 90,3 dəfə artım
tərəvəz 54,8 4,6 11,9 dəfə artım
bostan  məhsulları 32,9 1,1 29,9 dəfə artım
meyvə və giləmeyvə 30,0 2,4 12,5 dəfə artım
İribuynuzlu mal-qaranın baş sayı (müqayisə dövrünün sonuna), min baş 107,8* 59,2 1,8 dəfə artım
Xırdabuynuzlu heyvanların baş sayı (müqayisə dövrünün sonuna), min baş 658,0* 254,4 2,6 dəfə artım
Heyvandarlıq  və quşçuluq məhsullarının istehsalı, ton
o cümlədən
ət (kəsilmiş çəkidə) 6009,0 3058,0 2,0 dəfə artım
süd 58269,6 25400,0 2,3 dəfə artım
yumurta, min ədəd 52739,5 43900,0 1,2 dəfə artım
yun 754,6 400,0 1,9 dəfə artım
Kənd təsərrüfatının ümumi məhsulu, min manat 192007,8 13885,9 13,8 dəfə artım
Nəqliyyat sektorunda yük daşınması, min ton 7792,2 380,5 20,5 dəfə artım
Nəqliyyat sektorunda sərnişin daşınması, min nəfər 52279,9 18090,7 2,9 dəfə artım
Avtomobillərin sayı (müqayisə dövrünün sonuna) 39785 15588 2,6 dəfə artım
Elektron tipli ATS-lərin sayı (müqayisə dövrünün sonuna) 104 - -
Mobil operatorların sayı (müqayisə dövrünün sonuna) 4 - -
Kompyuterlərin sayı (müqayisə dövrünün sonuna) 85711 135 635 dəfə artım
Kompyuterlərdən istifadə edən şəxslərin sayı (müqayisə dövrünün sonuna) 223410 1218 183,4 dəfə artım
Mobil telefonların sayı (müqayisə dövrünün sonuna) 419687 - -
Hər yüz nəfərə düşən mobil telefonların sayı (müqayisə dövrünün sonuna) 101 - -
Əsas telefon aparatlarının sayı (müqayisə dövrünün sonuna) 61781 21152 2,9 dəfə artım
İnformasiya və rabitə xidmətlərinin həcmi, min manat 26735,9 147,4 181,4 dəfə artım
Pərakəndə əmtəə dövriyyəsi, min manat 451492,5 14860,3 30,4 dəfə artım
Hər bir nəfərə düşən pərakəndə əmtəə dövriyyəsi, manat 1093,5 47,2 23,2 dəfə artım
Əhaliyə göstərilən pullu xidmətlər, min manat 73761,8 1604,8 46,0 dəfə artım
Hər bir nəfərə düşən pullu xidmətlər, manat 178,6 5,1 35,0 dəfə artım
Xarici ticarət dövriyyəsi, min ABŞ dolları 260471,1 2284,4 114,0 dəfə artım
o cümlədən
ixracın ümumi həcmi 216336,8 326,8 662,0 dəfə artım
Əhalinin gəlirləri, min manat 955553,2 11838,6 80,7 dəfə artım
Hər bir nəfərə düşən gəlirlər, manat 2314,3 37,6 61,6 dəfə artım
İqtisadiyyata kredit qoyuluşu, min manat 29971,7 96,8 309,6 dəfə artım
Bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı, manat 332,5 12,6 26,4 dəfə artım
Əhalinin sayı, min nəfər (müqayisə dövrünün sonuna) 415,7 315,1 1,3 dəfə artım
Doğulanların sayı, nəfər 10116** 5020 2,0 dəfə artım
1 yaşa qədər uşaq ölümü (hər min nəfər doğulana hesabı ilə) 0,9 38,4 42,7 dəfə azalma
İqtisadi fəal əhalinin sayı (müqayisə dövrünün sonuna), min nəfər 214,9 102,6 2,1 dəfə artım
Qeydə alınmış cinayət hadisələri 6 512 85,3 dəfə azalma
Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayət hadisələri - 14 -
Son 20 ildə açılmış iş yerlərinin sayı 68676 yeni iş yeri    
*) 01 iyul 2011-ci il tarixə
**) 2010-cu ilin yekunu üzrə

       Diqqəti cəlb edən əsas məqamlardan biri ondan ibarətdir ki, ötən 20 il ərzində yaradılmış iqtisadi potensial və qazanılmış uğurlar muxtar respublikamızın yarandığı 1924-cü ildən 1991-ci ilədək - yəni 67 il ərzində əldə olunanları xeyli üstələyir. 1924-1990-cı illərdə muxtar respublikada fəaliyyət göstərən sənaye müəssisələrinin maksimum sayı 46-ya bərabər olmuşdursa, 20 il ərzində sənaye sahəsində reallaşdırılan islahatların uğurlu nəticəsi kimi əlavə olaraq 383 yeni müəssisə işə başlamış və hazırda bu göstərici 9 dəfə artaraq 429-a çatmışdır. Sənaye məhsullarının sayı da artmışdır. Əgər 1924-1990-cı illərdə muxtar respublikada istehsal olunan sənaye məhsullarının sayı üzrə maksimum göstərici 23-ə bərabər idisə, ötən 20 il ərzində əlavə olraq 221 yeni sənaye məhsulunun istehsalına başlanılmış və bu göstərici ümumilikdə 244-ə çatmışdır. Avtomobil yollarının inşası üzrə dinamika ümumilikdə nəqliyyat kompleksinin inkişaf səviyyəsini səciyyələndirən mühüm göstəricilərdəndir. Ötən 20 il ərzində muxtar respublikanın inzibati ərazisində 2993 kilometr uzunluğunda yeni avtomobil yolları inşa olunmuşdur ki, bu da 1924-1990-cı illər ərzində salınmış 1278 kilometr uzunluğunda avtomobil yollarını 2,3 dəfə üstələyir.
      Ötən 20 il üzrə iqtisadi inkişafın xarakterik xüsusiyyətlərindən biri ondan ibarətdir ki, iqtisadiyyata investisiya qoyuluşlarının davamlılığı və proporsional bölgüsü təmin olunmuşdur. Tikinti sektorunda iş həcminin artmasının nəticəsidir ki, əgər keçmiş Sovetlər Birliyinin yüksək inkişaf mərhələlərindən hesab olunan 1989-cu ildə muxtar respublikada tikinti sektorunda 1 ay ərzində 2535 ton beton istifadə olunurdusa,  hazırda bu göstərici 1 gün ərzində inşaat işlərinə sərf olunan betonun ümumi həcminə bərabərdir.
      Təhsilə göstərilən yüksək qayğı hazırkı dövlət siyasətinin başlıca məqsədlərindəndir. Bu qayğının aydın ifadəsi belə bir göstəricidə öz əksini tapır ki, ötən 20 il ərzində muxtar respublikada 189 məktəb tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Sovetlər Birliyi dövründə bu sayda məktəbi inşa etmək üçün  44 il vaxt lazım olmuşdur.
      Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, dövlətimizin ən qiymətli incisi onun vətəndaşlarıdır. Məhz bu prinsip əsas götürülərək əhalinin sağlamlığının qorunması, tibbi profilaktikanın   genişləndirilməsi, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocaqlarının inşası diqqət mərkəzində saxlanılmış, müstəqilliyimizin 20 ili ərzində muxtar respublikada 188 səhiyyə ocağı  tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir ki, muxtar respublika ərazisində bu sayda tikilini təhvil vermək üçün keçmiş Sovetlər Birliyinə 50 illik vaxt sərf olunmuşdur.
      Həyata keçirilən irimiqyaslı islahatların nəticəsidir ki, müstəqillik dövründə Naxçıvan Muxtar Respublikası aqrar bölgədən sənaye regionuna çevrilmişdir. Artıq muxtar respublikada il ərzində istehsal olunan sənaye məhsulunun həcmi kənd təsərrüfatı məhsulunun həcmini orta hesabla 2 dəfə üstələyir.
      Əgər 20 il öncə muxtar respublikada istehsal olunan Ümumi Daxili Məhsulun tərkibində aparıcı yer kənd təsərrüfatı və ticarət sahəsinə məxsus idisə, hazırda bu yerdə sənaye və tikinti sahələri dayanmaqdadır. Bu da muxtar  respublika iqtisadiyatının sənaye təmayüllü baza üzərindən inkişafını təsqidləməkdədir.

Sənaye

20 il ərzində 383 yeni sənaye müəssisəsi işə başlayıb

      Müstəqilliyimizin bərpasından ötən 20 il ərzində muxtar respublikada sənaye sahəsində həyata keçirilən islahatların başlıca məqsədi mövcud sənaye müəssisələrinin fəaliyyətinin bərpası və yenidən qurulmasından, yeni müəssisələrin yaradılmasından, sənaye məhsullarının  artan istehsalının təşkilindən, təbii sərvətlərin və əmək resurslarının səfərbər edilməsi tədbirlərini həyata keçirməklə sənayenin dayanıqlı və davamlı inkişafını təmin etməkdən ibarət olmuşdur. Bu dövr ərzində kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin yaradılmasına və bu əsasda da ixrac potensialının artırılmasına xüsusi diqqət yetirilmiş, ötən 20 il ərzində aşağıda qeyd olunan istiqamətlərdə inkişaf təmin olunmuşdur:

  • dövlət mülkiyyətində olan və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan sənaye müəssisələrinin fəaliyyəti bərpa edilmişdir;
  • rəqabətədavamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi və ixracyönümlü istehsal sahələrinin yaradılması ciddi şəkildə təşviq olunmuşdur;
  • sənaye istehsalının texnoloji cəhətdən yenidən qurulması prosesi gücləndirilmişdir;
  • özəlləşdirmədən sonrakı mərhələdə müəssisələrin fəaliyyəti müntəzəm əsasda dəstəklənmişdir;
  • sənaye müəssisələrinin maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsi üçün səmərəli kredit mexanizmi qurulmuşdur;
  • satış problemlərinin həlli üçün sistemli tədbirlər görülmüş, yerli və xarici bazarlara çıxış imkanları sadələşdirilmişdir;
  • dövlət strukturlarının sənaye, xüsusilə də yüngül və yeyinti sənayesi məhsullarına olan tələbatının ödənilməsi prosesi üzrə dövlət sifarişləri ilk növbədə yerli sənaye mallarına yönəldilmişdir;
  • elektroenergetika və təbii qaz infrastrukturu tamamilə yenilənmişdir.

      Hazırda muxtar respublikada 244 adda, o cümlədən mədənçıxarma sənayesi bölməsində 4 adda, emal sənayesinin mühüm növ qida məhsullarının istehsalı bölməsində 74 adda, toxuculuq, geyim, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı bölməsində 29 adda, mebeldən başqa ağacın emalı və ağacdan məmulatların və tıxacın istehsalı bölməsində 16 adda, kağız və karton istehsalı, poliqrafiya fəaliyyəti ilə yazılmış məlumatların daşıyıcılara çoxaldılması bölməsində 12 adda, kimya sənayesi, rezin və plastmas məmulatların istehsalı bölməsində 23 adda, digər qeyri-metal mineral maddələrin istehsalı bölməsində 23 adda, metallurgiya sənayesi, maşın və avadanlıqlardan başqa, hazır metal məmulatların istehsalı bölməsində 32 adda, avtomobil, qoşqu və yarımqoşquların istehsalı və emal sənayesinin digər bölmələrində 27 adda, elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat, su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölmələrində isə 4 adda məhsul istehsal olunmaqdadır.

Naxçıvan Muxtar Respublikasında istehsal olunan sənaye məhsullarının sayı

Sənaye sahələri Məhsulların sayı artım
2011-ci yanvar-avqust ayları 1991-ci ildə
Cəmi 244 23 10,6 dəfə
o cümlədən
Mədənçıxarma sənayesi üzrə 4 4 -
Emal sənayesi üzrə 236 17 13,9 dəfə
o cümlədən
mühüm növ qida məhsullarının istehsalı 74 4 18,5 dəfə
toxuculuq, geyim, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı 29 3 9,7 dəfə
mebeldən başqa ağacın emalı və ağacdan məmulatların və tıxacın  istehsalı 16 2 8 dəfə
kağız və karton istehsalı, poliqrafiya fəaliyyəti ilə yazılmış məlumatların daşıyıcılara çoxaldılması 12 2 6 dəfə
kimya sənayesi, rezin və plastmas məmulatların istehsalı 23 - -
digər qeyri-metal mineral maddələrin istehsalı 23 3 7,7 dəfə
metallurgiya sənayesi, maşın və avadanlıqlardan başqa hazır metal məmulatların  istehsalı 32 - -
avtomobil, qoşqu və yarımqoşquların istehsalı və emal sənayesinin digər bölmələri 27 3 9 dəfə
Elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat, su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölmələri üzrə 4 2 2 dəfə

      Muxtar respublikada sənaye sahəsində əldə olunmuş dinamik inkişaf meyillərinin dayanıqlılığının təmin olunması üçün həyata keçirilən kompleks tədbirlərin mühüm bir istiqaməti bu sahədə səmərəli kreditləşdirmə mexanizminin formalaşdırılmasından ibarətdir. Təkcə son 5 ildə sənaye sahəsində iqtisadi aktivliyi gücləndirmək üçün sahibkarlara 46 milyon manatdan çox kreditlər verilmişdir. 2010-cu ildə bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinə 7 milyon 143 min manata yaxın  kredit verilmişdir ki, bu da 1995-ci ilin müvafiq göstəricisindən 231 dəfə çoxdur.

Sənaye sahəsində kreditləşdirmə səviyyəsi,min manat
      Muxtar respublikamızda sənaye potensialının davamlı yüksəlişini və yerli məhsulların ixracına göstərilən xüsusi dövlət dəstəyini səciyyələndirən mühüm bir göstərici ondan ibarətdir ki, təkcə 2010-cu il ərzində daxili tələbatdan artıq istehsal olunmuş 129 milyon 10 min ABŞ dolları dəyərində sənaye məhsulları qonşu xarici ölkələrə və respublikamızın digər bölgələrinə ixrac olunmuşdur ki, bu da 1991-ci  illə müqayisədə 715 dəfə çoxdur.
      Sənaye sahəsində yeni iş yerlərinin açılması xeyli sürətlənmiş, ötən 20 il ərzində sənaye sahəsində ümumilikdə 10671 yeni iş yeri yaradılmışdır.

Sənaye sektorunda açılmış yeni iş yerləri

Müqayisə predmeti 1991-2000-ci illərdə 2001-2005-ci illərdə 2006-2011-ci illərdə (01,09,2011-ci il tarixədək) Cəmi
Açılmış yeni iş yerlərinin sayı 998 2930 6743 10671
      Hazırda muxtar respublikanın sənaye müəssisələrində 14435 nəfər işçi çalışır ki, bu da 01 yanvar 1992-ci ildəki müvafiq göstəricini 7,9 dəfə üstələyir.
      Muxtar respublikanın sənaye sahəsində orta aylıq əməkhaqqının məbləği artaraq 327 manata çatmışdır.
      Sənayenin əsas sahələrindən biri elektroenergetikadır.Əvvəllər Naxçıvan Muxtar Respublikası elektrik enerjisi ilə Zaqafqaziyanın vahid energetika sistemindən 220 kilovotluq Ararat-Babək, 110 kilovotluq Ararat-Şərur, Aqarak-Ordubad elektrik verilişi xətləri ilə və sistemə qoşulan Araz Su Elektrik Stansiyası vasitəsilə təchiz edilirdi. 1990-cı ildən etibarən muxtar respublikaya verilən elektrik enerjisi dayandırıldığından, yalnız Araz  Su Elektrik Stansiyasında istehsal edilən   15-20 mvt gücündə elektrik enerjisi şəbəkələrə ötürülürdü ki, bu da tələbatı ödəmirdi. Ötən 20 il ərzində Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyinin        təmin olunması sahəsində ciddi tədbirlər görülmüş, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2005-ci il 2 may tarixli Sərəncamına uyğun olaraq 2006-cı ildə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında dizel yanacağı ilə işləyən enerji turbinləri  təbii  qaz  ilə  işləmə  rejiminə keçirilmişdir. Həmin Sərəncama uyğun olaraq 2006-cı ildə ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası tikilərək istismara verilmiş, Heydər Əliyev Su Anbarı üzərində ümumi gücü 4,5 meqavat olan su elektrik stansiyası tikilmiş, 2010-cu ildə Ordubad rayonunda Gilançay üzərində 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyası tikilərək istifadəyə verilmişdir. İstifadəyə verilən stansiyalar hesabına muxtar respublikanın enerji təhlükəsizliyi təmin olunmuşdur.


Elektrik enerjisi ilə təminat haqqında

Göstəricilər 01 sentyabr 2011-ci il tarixə 01 yanvar 1992-ci il tarixə artım
Elektrik enerjisi istehsalı (müqayisə dövrünün sonuna), milyon kvt saat 471,0 92,0 5,1 dəfə
İstifadədə olan transformator yarımstansiyalarının sayı, vahid 2587 1698 1,5 dəfə
      Hazırda Şərur rayonunda Arpaçay və Ordubad rayonunda Ordubad su elektrik stansiyalarının tikintisi davam etdirilir.
      Uzunmüddətli fasilədən sonra 2005-ci ilin noyabr ayından başlayaraq muxtar respublikada istehlakçıların təbii qazla təminatı həyata keçirilir. Hazırda muxtar respublikamızın iqtisadiyyatı sürətlə inkişaf edir, yeni istehsal müəssisələri yaradılır. Təbii ki, bu inkişafın fonunda təbii qaza olan tələbat da artır. “Azərbaycan Respublikasının yanacaq enerji kompleksinin inkişafı üzrə Dövlət Proqramı (2005-2015-ci illər)”na uyğun olaraq ölkəmizin ayrı-ayrı regionlarında  olduğu kimi, muxtar respublikamızda da bu sahədə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmiş, təbii qaz infrastrukturu bərpa olunmuşdur.
      Hazırda əhalinin və təsərrüfat subyektlərinin təbii qazla təchizatı başa çatdırılmış, 01 sentyabr 2011-ci il tarixə 78 min 523 əhali abonenti mavi yanacaqla təmin olunmuş, bütün mənzillərə pulsuz olaraq mətbəx sobaları və qaz sayğacları quraşdırılmışdır.

Əhalinin qazla təminatı haqqında

Göstəricilər 01 sentyabr 2011-ci il tarixə 01 yanvar 1991-ci il tarixə artım
Abonentlərin sayı, nəfər 78523 33084 2,4 dəfə
Yaşayış məntəqələrinin qazlaşma səviyyəsi (yekuna görə), faizlə 100 45,3 -
Tikinti

Ötən 20 il ərzində əsas kapitala 2 milyard 567 milyon
manatdan çox investisiya yönəldilmişdir

      Ötən 20 il ərzində muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində, rayon mərkəzlərində, şəhər, qəsəbə və kəndlərdə aparılan geniş tikinti-quraşdırma, abadlaşdırma işləri, yolların, körpülərin tikintisi və təmiri muxtar respublikanı başdan-başa yeniləşmiş regiona çevirmişdir.
      Rəqəmlərə diqqət yetirək. Əgər 1991-ci ildə muxtar respublika iqtisadiyyatına yönəldilmiş investisiyaların həcmi 1794,9 min manat idisə, bu göstərici 2011-ci ilin yanvar-avqust aylarında 578660,1 min manat təşkil etmişdir.


Əsas kapitala yönəldilmiş investisiyanın
dinamikası, min manat

      01 yanvar 1991-ci il tarixdən 01 sentyabr 2011-ci ilədək olan dövr ərzində muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın həcmi 2 milyard 567 milyon 343 min manat olmuşdur.
      Son 20 il ərzində muxtar respublikamızda aşağıda qeyd olunan sahələr üzrə obyektlər istifadəyə verilmişdir:
  •  422 inzibati bina;
  • mənzil təsərrüfatı sahəsində 641 obyekt;
  • 157 nasos stansiyası;
  • 360 subartezian quyusu;
  • 125 körpü;
  •  rabitə və informasiya texnologiyaları sahəsində 263 obyekt və qurğu;
  • 2103 müxtəlif güclü transformator yarımstansiyası;
  • 50 xidmət və ticarət mərkəzi;
  • 260 elm və təhsil ocağı;
  • 295 mədəniyyət ocağı;
  • 188 səhiyyə obyekti;
  • 36 idman obyekti;
  • 320 kommunal infrastruktur obyekti;
  • əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri və təbii fəlakətdən zərər çəkənlər və bu kateqoriyadan olan digər şəxslər üçün 465 fərdi ev;
  • 3425 istehsal, xidmət və digər infrastruktur obyekti.

Əsas kapitala yönəldilmiş investisiyalar haqqında

Göstəricilər 2011-ci ilin yanvar-avqust ayları üzrə 1991-ci il üzrə artım
Əsas kapitala yönəldilmiş investisiyalar, min manat 578660,1 1794,9 322,4 dəfə
Gün ərzində istifadə olunan investisiyanın həcmi, manat 2381317,3 4917,5 484,3 dəfə
      Kənd əhalisinə göstərilən xidmətin səviyyəsini yaxşılaşdırmaq, bu sahədə idarəetməni səmərəliləşdirmək məqsədilə 2005-ci ildən 01 sentyabr 2011-ci il tarixədək olan dövr ərzində 3 qəsəbə və 67 kənd mərkəzi istifadəyə verilmişdir. Son dörd ildə muxtar respublikada 284 yaşayış binasında tikinti, yenidənqurma və bərpa işləri aparılmış, 301 yaşayış binasında istilik xətləri yeniləri ilə əvəzlənmiş, 35 lift quraşdırılmışdır. Yaşayış mənzillərində dövlət vəsaiti hesabına daxili istilik xətlərinin çəkilişi və vətəndaşlardan hər hansı bir ödəniş tələb olunmadan panel radiatorların quraşdırılması prosesi davam etdirilməkdədir.
      Əhalinin maddi-rifah halının yaxşılaşması fərdi yaşayış evlərinin tikintisində də özünü göstərməkdədir. Təkcə 2011-ci ilin yanvar-avqust ayları ərzində muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına ümumilikdə 290 min 420 kvadratmetr yaşayış sahəsi tikilmişdir ki, bu da 1991-ci ilə olan göstərici ilə müqayisədə 35,4 dəfə çoxdur.


Əhalinin şəxsi vəsaiti hesabına tikilmiş yaşayış sahələri haqqında

Göstəricilər 2011-ci ilin yanvar-avqust ayları üzrə 1991-ci il üzrə artım
Yaşayış tikililərinin sahəsi, min kvadratmetr 290,4 8,2 35,4 dəfə
      Əhalinin rahatlığına və yaşayış səviyyəsinin yüksəlməsinə xidmət edən kommunal-məişət sistemlərinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin tərkib  hissəsi kimi içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması muxtar respublikamızda irriqasiya sahəsində görülən əsas işlərdəndir. Ötən dövr ərzində muxtar respublikada mövcud kaptajlar, içməli su xətləri bərpa olunmuş, yeni kaptajlar tikilmiş və içməli su xətləri çəkilmişdir. Son  illər bu istiqamətdə görülən tədbirlər xüsusilə diqqəti cəlb edir. Azərbaycan Hökuməti ilə Asiya İnkişaf Bankı arasında bağlanmış kredit sazişinə uyğun olaraq “Şəhər su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Naxçıvan şəhərinə su çəkilişinə başlanmışdır. Layihə çərçivəsində uzunluğu 2880 metr olan suqəbuledici qurğunun, həcmi 5 min və 10 min kubmetr olan suqəbuledici anbarların və uzunluğu 6,35 kilometr olan magistral boru xəttin tikintisi aparılmışdır.
      Layihə başa çatdıqdan sonra Naxçıvan şəhərinin əhalisi fasiləsiz keyfiyyətli içməli su ilə təmin olunacaq, kanalizasiya sistemi isə şəhərin bütün məhəllələrini əhatə etməklə yenidən qurulacaqdır.
      Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 iyun tarixli “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Sərəncamına uyğun olaraq Araz çayının  suyundan istifadə edən yaşayış məntəqələrində modul tipli sutəmizləyici qurğuların quraşdırılması istiqamətində tədbirlər həyata keçirilir. Əhalinin istifadə etdiyi suyun ekoloji cəhətdən təmizliyini yaxşılaşdırmaq məqsədilə Naxçıvan şəhərinin Qaraçuq, Qaraxanbəyli və Bulqan, Şərur rayonunun Alışar, Muğanlı və Kərimbəyli kəndlərinin  hər birində 1 ədəd modul tipli sutəmizləyici qurğular quraşdırılaraq istifadəyə verilmişdir.

Hərbi quruculuq

20 ildə hərbi quruculuq üzrə 158 obyekt inşa olunub

      Ötən 20 il ərzində muxtar respublikanın etibarlı müdafiə təminatı ilə bağlı ardıcıl tədbirlər həyata keçirilmiş, 158 obyekt, o cümlədən 15 qərargah binası, hərbi komissarlıq, hərbi prokurorluq orqanları üçün inzibati bina və hərbi hissələrin bölük mərkəzləri üçün 13 bina, 26 zabit və əsgər yataqxanası, 20 yeməkxana, 19 yaşayış binası, 4 tədris korpusu, 1 məktəb, 2 uşaq bağçası, 4 xəstəxana, 6 tibb məntəqəsi,      3 klub və 45 müxtəlif təyinatlı obyekt tikilərək və ya yenidən qurularaq  istifadəyə verilmişdir.
Kənd təsərrüfatı

Son 20 ildə muxtar respublikaya ərzaq və kənd təsərrüfatı
məhsullarının idxalı 11 dəfə azalıb, yerli istehsal isə 14 dəfə artmışdır

      Naxçıvan Muxtar Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə aqrar bölmədə ötən 20 il ərzində aparılan köklü islahatlar bu sahənin daha sürətli inkişafına əlverişli zəmin yaratmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq  edilmiş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasında mühüm rola malikdir. Yeni emal müəssisələrinin yaradılması, məhsul istehsalçılarına dövlət maliyyə yardımının göstərilməsi, güzəştli şərtlərlə gübrə satışının təşkili, məhsulun satışı üçün yarmarkaların keçirilməsi kənd təsərrüfatı sahəsində məhsul istehsalının həcminin ildən-ilə artmasına səbəb olmuşdur.
      Muxtar respublikanın iqlim şəraiti və əhalinin əsas hissəsinin kənd təsərrüfatı ilə məşğul olması burada əkinçiliyin inkişafını şərtləndirir. 2011-ci ilin məhsulu üçün  60 min 19 hektar sahədə əkin işləri həyata keçirilmişdir ki, bu da 1991-ci ilin məhsulu üçün əkilmiş sahədən 2,4 dəfə çoxdur.

Cəmi əkin sahələri, hektarla
      Muxtar respublikada əsas təbii ehtiyat sayılan torpaqların məhdud olması nəzərə alınır və bitkiçilik müasir aqrokimyəvi və aqrotexniki tədbirlərə əsaslanan intensiv metodlarla, yəni məhsuldarlığın yüksəldilməsi yolu ilə inkişaf etdirilir. Bunun nəticəsidir ki, 1991-ci ilə nisbətən 2011-ci ildə taxıl əkini sahəsi 2,4 dəfə, məhsul istehsalı isə 3,3 dəfə artmışdır.
Taxıl əkini və məhsul istehsalının dinamikası
      Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının, xüsusilə bitkiçiliyin dinamik inkişafı müvafiq xidmət sahələrinin təkmilləşməsinə, yeni emal müəssisələrinin yaradılmasına, mövcud olanların yenidən qurulmasına təkan vermişdir. Tikilən və ya yenidən qurulan 24 taxıl emalı müəssisəsi mövcud aqrar sənaye kompleksinin inkişafına öz təsirini göstərmişdir.
      Bununla yanaşı 2009-cu ildə tutumu 18 min ton taxılı uzunmüddətə, tutumu  20 min ton taxılı isə qısamüddətə saxlamağa imkan verən Naxçıvan Muxtar Respublikası Taxıl Ehtiyatı Anbarının istifadəyə verilməsi muxtar respublikada taxıl ehtiyatlarının yaradılmasında əsas rol oynamaqla istehsalçıların məhsul tədarükü zamanı rastlaşdıqları problemlərin aradan qaldırılmasında mühüm rol oynayır.
      Muxtar respublikada taxılçılıqla yanaşı kartof istehsalına xüsusi diqqət yetirilir. Daxili bazarın kartofla təminatında idxaldan asılılığı azaltmaq, əhali tələbatının keyfiyyətli yerli məhsul hesabına ödənilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  2005-ci il  11 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş, 2005-2010-cu illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı”nın icrası uğurla başa çatdırılmışdır. Proqramda nəzərdə tutulan tədbirlərin icrasının nəticəsidir ki, son illər muxtar respublikada kartof istehsalı üzrə müsbət dinamikaya nail olunmuş və 2011-ci ildə 2764 hektar sahədə kartof əkilmişdir ki, bu da 1991-ci ildə kartof əkilmiş sahədən 2646 hektar çoxdur. 01 sentyabr 2011-ci il tarixə 2631 hektar sahədən 36146,7 ton məhsul yığılmışdır ki, bu da 1991-ci ildə olan göstəricini  35722 ton  üstələmişdir.

Kartof əkini və istehsalının dinamikası
      2011-ci ilin yanvar-avqust ayları ərzində muxtar respublikada 101028 ton taxıl, 54761 ton tərəvəz, 32861 ton bostan məhsulları, 30019 ton meyvə və giləmeyvə istehsal olunmuşdur ki, bu da 1991-ci ildə olan göstəriciləri müvafiq olaraq 3,3 dəfə, 12 dəfə, 30 dəfə, 13 dəfə üstələmişdir.

Əsas növ ərzaq məhsulları istehsalı, min ton

Göstəricilər 2011-ci ilin yanvar-avqust ayları üzrə 1991-ci il üzrə artım
Taxıl 101,0 30,7 3,3 dəfə
Kartof 36,1 0,4 90,3 dəfə
Tərəvəz 54,8 4,6 11,9 dəfə
Bostan məhsulları 32,9 1,1 29,9 dəfə
Meyvə və giləmeyvə 30,0 2,4 12,5 dəfə
      Əsas bitkiçilik məhsullarının hər bir nəfərə düşən həcmi də bu müddət ərzində ciddi artımlarla müşahidə olunmuşdur.

Hər bir nəfərə düşən bitkiçilik məhsullarının istehsalı, kiloqram

Göstəricilər 2011-ci ilin yanvar-avqust ayları üzrə 1991-ci il üzrə artım
Taxıl 245 97 2,5 dəfə
Kartof 87 1,3 66,9 dəfə
Tərəvəz 133 15 8,9 dəfə
Bostan məhsulları 80 4 20 dəfə
Meyvə və giləmeyvə 73 8 9,1 dəfə
      Aqrar sektorda yüksək iqtisadi aktivliyi təmin edən amillərdən biri də kənd təsərrüfatı üzrə maşın və mexanizmlərin sayının tələbata uyğun olaraq artırılmasından ibarətdir. Bu istiqamətdə həyata keçirilən tədbirlərə uyğun olaraq “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 93 ədədi 2011-ci ilin yanvar-avqust aylarında olmaqla cəmi 670 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmişdir. 2011-ci ilin yanvar-avqust aylarında əvvəlki illərdə gətirilən texnikalarla birlikdə 154 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir. Aqroservis xidmətləri şəbəkəsinin işinin təkmilləşdirilməsi məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və onun Şərur, Ordubad, Culfa, Kəngərli və Sədərək bazaları yaradılmışdır.
      Muxtar respublikanın aqrar sektorunun inkişafında mühüm element kimi soyuducu anbarların yaradılması işi üstün istiqamət almışdır. Bu anbarlar bir tərəfdən istehsal olunan məhsulların satışı ilə əlaqədar meydana çıxan problemləri aradan qaldırmaqla meyvə-tərəvəzin yetişdirilməsinə marağı artırırsa, digər tərəfdən əhalinin il boyu keyfiyyətli yerli məhsullarla təminatına imkan verir. Qeyd olunan amillər nəzərə alınmaqla bu dövr ərzində ümumi tutumu 7 min 920 ton olan 12 soyuducu anbar istifadəyə verilmişdir. Tutumu 500 ton olan 1 soyuducu anbarın qurulması davam etdirilir.
      Muxtar respublikada kənd təsərrüfatının əsas sahələrindən biri də heyvandarlıqdır. Əhalinin heyvandarlıq məhsulları ilə etibarlı təminatı üçün bu sahəyə xüsusi diqqət yetirilmiş, heyvanların baş sayında və heyvandarlıq məhsullarının istehsalında artıma nail olunmuşdur.
      01 iyul 2011-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 107 min 844 baş, qoyun və keçilərin sayı isə 658 min 10 baş olmuşdur ki, bu da 01 yanvar 1992-ci ilə olan göstəriciləri müvafiq olaraq 82 faiz və 2,6 dəfə üstələyir.

Heyvandarlıqda baş sayı
      Muxtar respublikada heyvandarlığın intensiv üsullarla inkişaf etdirilməsi sahəsində təkmilləşdirilmiş baytarlıq xidməti mühüm rol oynayır. Son dövrlər ərzində baytarlıq xidməti üzrə 64 yeni infrastruktur obyekti inşa olunaraq istifadəyə verilmişdir.
      Heyvandarlıqla məşğul olan sahibkarlara və təsərrüfat rəhbərlərinə müvafiq dövlət strukturları tərəfindən maliyyə və texniki yardımlarla yanaşı yüksək səviyyədə məsləhət xidməti göstərilməkdədir. Eyni zamanda xarici ölkələrdən ətlik və südlük cins mal-qaranın muxtar respublikaya gətirilməsi və təsərrüfatlara çatdırılması, süni mayalandırma işi diqqət mərkəzində saxlanılır. Bütün bunlar isə mal-qaranın çəki artımında  və süd verimində öz müsbət təsirini göstərməkdədir.
      Heyvandarlıqda baş sayının dinamik artımı öz növbəsində əsas heyvandarlıq məhsullarının ciddi artımına zəmin yaratmışdır.

Heyvandarlıq məhsulları istehsalı, tonla

Məhsulların adı 2011-ci ilin yanvar-avqust ayları üzrə 1991-ci il üzrə artım
Ət (kəsilmiş çəkidə) 6009,0 3058,0 2,0 dəfə
Süd 58269,6 25400,0 2,3 dəfə
Yumurta, min ədəd 52739,5 43900,0 1,2 dəfə
Yun 754,6 400,0 1,9 dəfə
      Muxtar respublikada maldarlıqla yanaşı quşçuluğun da inkişafı istiqamətində müvafiq tədbirlər görülmüşdür. Ötən 20 il ərzində quşçuluq sahəsində 29 təsərrüfat subyekti fəaliyyətə başlamış, hazırda 11 quşçuluq təsərrüfatının yaradılması istiqamətində işlər davam etdirilir. 01 yanvar 2011-ci il tarixə muxtar respublikada 901,7 min baş kənd təsərrüfatı quşları mövcud olmuşdur ki, bu da 01 yanvar 1992-ci ilə nisbətən 2,7 dəfə çoxdur.

Kənd təsərrüfatı quşlarının sayı, min başla
      Muxtar respublikada kənd təsərrüfatının perspektivli sahələrindən biri də arıçılıqdır. Bu sahənin inkişafı ilə əlaqədar son illər göstərilən dövlət maliyyə dəstəyinin həcmi artırılmış, balın emalı və qablaşdırılması ilə məşğul olan istehsal sahələri istifadəyə verilmişdir. Arıçılıqla məşğul olan istehsalçıların fəaliyyətinin tənzimlənməsi, bu sahədə təşkilatlanma işlərinin aparılması məqsədilə Naxçıvan Muxtar Respublikası “Arıçılar” İctimai Birliyi yaradılmışdır.
      2010-cu ilin sonuna muxtar respublikada 52 min 685 arı ailəsi mövcud olmuşdur ki, bu da 01 yanvar 1992-ci ilə nisbətən 8 dəfə çoxdur.
      Ötən dövr ərzində arı ailələrinin artımı məhsul istehsalının artımına da öz müsbət təsirini göstərmişdir. Belə ki, 2010-cu ildə muxtar respublikada 710 ton bal istehsal olunmuşdur ki, bu da 1991-ci illə müqayisədə 11 dəfə çoxdur. Muxtar respublikanın zəngin su ehtiyatları balıqçılığın inkişafı və qiymətli balıq cinslərinin yetişdirilməsi üçün əlverişli şərait yaradır. Bu istiqamətdə inkişaf müntəzəm olaraq dövlət tərəfindən dəstəklənmiş və muxtar respublikada ötən 20 il ərzində 10 balıqyetişdirmə təsərrüfatı istifadəyə verilmişdir. 1 balıqyetişdirmə sahəsinin yaradılması üzrə işlər davam etdirilir.
      Muxtar respublikada kənd təsərrüfatının inkişafı və bu sahədə sahibkarlığa dəstək məqsədilə 2011-ci ilin yanvar-avqust aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən kənd təsərrüfatı müəssisələrinə və ayrı-ayrı fiziki şəxslərə ümumilikdə 8 milyon 444 min manat həcmində və yaxud 1995-ci illə müqayisədə 50 dəfə çox kredit verilmişdir.

Kənd təsərrüfatı üzrə verilmiş kreditlər haqqında

Göstəricilər 2011-ci ilin yanvar-avqust ayları üzrə 1995-ci il üzrə artım
Verilmiş kreditlərin məbləği, min manat 8444,0 168,4 50,1 dəfə
Kreditlərin faiz dərəcəsi 6 faizdən 15 faizədək 260 faizdən 320 faizədək -
      Aparılan məqsədyönlü tədbirlər öz növbəsində istehsal olunan kənd təsərrüfatı məhsulları həcminin artması ilə nəticələnmişdir. 1991-ci ildə muxtar respublikada 13 milyon 856 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdursa, 2011-ci ilin yanvar-avqust aylarında bu göstərici 192 milyon manatı ötmüşdür.

Kənd təsərrüfatının ümumi məhsulu, min manat
      Torpaq sahələrinin meliorativ cəhətdən münbitləşdirilməsi və suvarma suyuna olan tələbatının səmərəli ödənilməsi üçün meliorasiya və irriqasiya sahəsində həyata keçirilən tədbirlərin də miqyası artmışdır. Məhz bu baxımdan muxtar respublikamızda meliorasiya və irriqasiya sistemlərinin texniki imkanlarının genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır. İqlim şəraiti nəzərə alınaraq muxtar respublikanın su ehtiyatını artırmaq məqsədilə mövcud su anbarlarında təmir işləri aparılmış, yenilərinin tikilməsi üçün müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki, Heydər Əliyev Su Anbarı istifadəyə verildikdən sonra Babək rayonunda 4364 hektar, Culfa rayonunda 2311 hektar, Şahbuz rayonunda 244 hektar, ümumilikdə isə 6919 hektar yeni torpaq sahəsi əkin dövriyyəsinə qatılmış, su anbarı vasitəsilə suvarılan torpaqların sahəsi 16830 hektara çatdırılmışdır.
      2007-ci ildə Arpaçay su anbarında əsaslı təmir işlərinə başlanılmış və 2008-ci ilin sonunda su anbarı istismara verilmiş, nəticədə Şərur, Sədərək və Kəngərli rayonlarında suvarma işi xeyli yaxşılaşdırılmışdır.
      Ötən 20 ildə meliorasiya işlərini yerinə yetirən müxtəlif təyinatlı müasir tipli maşın-mexanizmlər alınmış, yeni nasos stansiyaları, subartezian quyuları tikilərək və ya bərpa edilərək istifadəyə verilmişdir. Hazırda muxtar respublikada suvarma tədbirlərinin həyata keçirilməsi məqsədilə 98 nasos stansiyasından, 785 subartezian quyusundan və 339 kəhrizdən istifadə olunur.

İşlək vəziyyətdə olan nasos stansiyaları və subartezian quyuları haqqında

Göstəricilər 01 sentyabr 2011-ci il tarixə 01 yanvar 1992-ci il tarixə artım
Nasos stansiyalarının sayı, ədəd 98 50 2 dəfə
Subartezian quyularının sayı, ədəd 785 305 2,6 dəfə
      Muxtar respublikada meliorativ tədbirlərin davamlı olaraq həyata keçirilməsi təmin olunmuşdur. Araz çayının sol sahilində yerləşən yaşayış məntəqələrini və əkin sahələrini yaz mövsümündə sel sularından qorumaq məqsədilə mütəmadi olaraq daşla və torpaqla sahilbərkitmə işləri aparılmış, Şərur rayonunun Kərimbəyli, Qarahəsənli, Diyadin, Alışar, Qorçulu, Xələc, Kəngərli rayonunun Şahtaxtı kəndlərinin, Ordubad və Sədərək rayonlarının ərazilərində torpaqların yuyulmasının qarşısı alınmışdır. Çayların məcrasında istiqamətləndirici bəndlərin salınması işləri də davam etdirilmişdir. Yaz aylarında daha bol sulu olan Arpaçay və Naxçıvançayın məcrasında çayın sol və sağ sahilindəki kəndlərin ərazilərini sel sularından qorumaq məqsədilə istiqamətləndirici bəndlər salınmışdır.

Ekologiya

Ötən 20 ildə 10462 hektar sahədə yeni yaşıllıqlar salınmışdır

      Muxtar respublikada həyata keçirilən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir.
      Ötən 20 ildə muxtar respublika ərazisində təkcə dövlət strukturlarının dəstəyi ilə 10462 hektar sahədə yaşıllıqlar - meşə massivləri, meyvə bağları, yaşıllıq zolaqları salınmışdır. Hazırda muxtar respublikanın ümumi ərazisinin 8 faizini yaşıllıqlar əhatə edir. 1990-cı ilin əvvəllərində isə bu göstərici 0,6 faiz həddində olmuşdur.

Yeni salınmış meşə massivləri və yaşıllıq zolaqları, hektarla
      Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 23 sentyabr tarixli Sərəncamına əsasən Qafqaz ekoregionunda ilk dəfə olaraq muxtar respublikamızda transsərhəd çay olan Araz çayı boyunca (muxtar respublika hüdudlarına aid hissədə) “Arazboyu” Dövlət Təbiət Yasaqlığı (ərazisi 9118 hektar) yaradılmışdır. Bu yasaqlığın yaradılması Araz çayı və Araz dəryaçasında su sərvətlərinin, o cümlədən su, bataqlıq quşlarının qorunmasına, onların məskunlaşdığı yerlərə insan təsirinin azalmasına imkan vermişdir.
      Mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi də ekoloji mühitin sağlamlaşdırılmasına öz müsbət təsirini göstərməkdədir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 noyabr tarixli Sərəncamı ilə Akademik Həsən Əliyev adına Ordubad Milli Parkının ərazisi Şahbuz Dövlət Təbiət Qoruğu, habelə Naxçıvan Muxtar Respublikasının Culfa və Ordubad rayonlarının inzibati ərazisində olan dövlət meşə fondu, Şahbuz, Culfa, Ordubad rayonlarının ərazisindəki yay otlaqlarının torpaqları hesabına genişləndirilmiş, 42 min 787 hektardan çox ərazidə Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkı yaradılmışdır.
      Bundan başqa, mövcud ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, təbii sərvətlərin qorunması, onlardan səmərəli istifadə olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 22 iyun tarixli Fərmanı ilə Şərur, Kəngərli, Şahbuz və Babək rayonlarının ərazisində 68 min 911 hektar sahədə “Arpaçay” Dövlət Təbiət Yasaqlığı yaradılmışdır. Xüsusi mühafizə statuslu təbiət obyektlərinin yaradılması təbiət komplekslərinin, flora və fauna ehtiyatlarının qorunmasına, bərpasına, ekoloji balansın təmin edilməsinə müsbət təsir göstərmişdir. Muxtar respublikamızda təbiəti mühafizə tədbirlərinin əhatə dairəsi və ardıcıllığı fauna ehtiyatlarının artmasına müsbət təsir göstərmişdir.
      Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 15 avqust tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasının flora və faunasına dair “Qırmızı kitab”ın hazırlanması sayı azalmaqda olan növlərin qorunub saxlanılmasına və artırılmasına, xüsusi qaydada mühafizə edilməsinə geniş təminat yaratmışdır.

Nəqliyyat

Muxtar respublikaya ötən 20 ildə 24197 yeni avtomobilgətirilib, 2993 kilometr
uzunluğunda yeni yollar salınıb

      Muxtar respublika iqtisadiyyatının ahəngdar fəaliyyətinin təşkili, müdafiə qüdrətinin gücləndirilməsi və əhalinin artan hərəkət dinamikliyinin təmin edilməsində mühüm infrastruktur sahə olan nəqliyyat ictimai həyatda əhəmiyyətli rola malikdir. 20 ildən artıqdır ki, muxtar respublika blokada şəraitindədir. Ötən dövrlər ərzində blokada vəziyyəti ilə bağlı çətinlikləri aradan qaldıraraq, nəqliyyat infrastrukturunu yenidən təşkil etmək sahəsində əsaslı tədbirlər görülmüş, Naxçıvan Beynəlxalq Hava Limanının, Sədərək, Culfa və Şahtaxtı sərhəd-keçid komplekslərinin, Sədərək, Culfa və Şahtaxtı Sərhəd Keçid Məntəqələrində yeni körpülərin istifadəyə verilməsi, “Bakı-Naxçıvan-Bakı” müntəzəm avtobus və yeni hava nəqliyyatı marşrutlarının açılması nəqliyyat əlaqələrinin genişlənməsində mühüm mərhələ olmuşdur.
      Ötən 20 ildə muxtar respublikada 2993 kilometr uzunluğunda yeni avtomobil yolları salınmış, 5 yeni avtovağzal kompleksi inşa olunmuş, 125 körpü tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Bu müddət ərzində şəhər nəqliyyatı işinin yaxşılaşdırılması istiqamətində tədbirlərə uyğun olaraq 142 ədəd yeni müasir tipli avtobus alınaraq muxtar respublikaya gətirilmiş və istismara buraxılmışdır. Digər tərəfdən isə bu müddət ərzində dəmiryolu nəqliyyatının gələcək inkişaf perspektivləri nəzərə alınaraq bu sahənin infrastrukturu davamlı olaraq təkmilləşdirilmiş, muxtar respublika daxilində dəmiryolunun ahəngdar işi təmin edilmişdir.

Nəqliyyat sektorunda yük və sərnişin daşınmasıa

Göstəricilər 2011-ci ilin yanvar-avqust ayları üzrə 1991-ci il üzrə artım
Nəqliyyat sektorunda yük daşınması, min ton 7792,2 380,5 20,5 dəfə
Kreditlərin faiz dərəcəsi 52279,9 18090,7 2,9 dəfə
      Ötən 20 il ərzində muxtar respublikamızda avtomobil yollarının inşasına və əsaslı təmirinə, dəmiryolu nəqliyyatının inkişaf perspektivləri nəzərə alınaraq bu sahədə mövcud infrastrukturun yeniləşdirilməsinə və hava nəqliyyatı işinin təkmilləşdirilməsinə ümumilikdə 250 milyon 509 min manatdan artıq investisiya yönəldilmişdir.
      Muxtar respublikamızda nəqliyyat kompleksinin ümumi inkişaf templərinə paralel olaraq istifadədə olan avtomobillərin sayı da günbəgün artmaqdadır. 1992-ci ilin əvvəlinə muxtar respublikada 15588 ədəd avtomobil  mövcud idisə, 01 sentyabr 2011-ci il tarixə bu göstərici 2,6 dəfə artaraq 39785 ədədə çatmışdır.
      Həyata keçirilən zəruri islahatlar muxtar respublikanın nəqliyyat infrastrukturunun daha da gücləndirilməsinə, onun tranzit potensialının artırılmasına, bu sahədə və ümumilikdə sahibkarlığın inkişafına, nəqliyyat sisteminin dayanıqlı yüksəlişinə əsaslı zəmin yaratmaqdadır.

Rabitə və informasiya texnologiyaları

Muxtar respublikada 419 mindən artıq mobil telefon aktiv istifadədədir

      Muxtar respublikada informasiya cəmiyyətinə keçid və elektron hökumətin formalaşdırılması sosial-iqtisadi tərəqqinin sürətləndirilməsi üçün zəruri məsələlərdən birinə çevrilmişdir. Ötən dövr ərzində muxtar respublika ərazisində 4 mobil rabitə operatorunun fəaliyyətinin təşkil edilməsi, internet xidmətinin yaradılması, mövcud koordinat tipli avtomat telefon stansiyalarının hamısının elektron tipli avtomat telefon stansiyaları ilə əvəz edilməsi, İran İslam Respublikasının ərazisindən keçməklə Bakı və  Naxçıvan şəhərləri arasında fiber optik kabelin çəkilişi, “Naxtel” simsiz telefon xidmətinin istifadəyə verilməsi, “Kanal-35” televiziyasının və “Naxçıvanın səsi” radiosunun fəaliyyətə başlaması, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin maddi-texniki bazasının gücləndirilməsi və efir vaxtının artırılması, Naxçıvan Dövlət Universitetində Universitet televiziyasının, “Nuhçıxan” radiosu üçün yeni studiyaların yaradılması, Naxçıvan Muxtar Respublikası İnternet Mərkəzinin, Naxçıvan Muxtar Respublikası  Kompyuter Təlim-Tədris və İnternet Mərkəzinin və onun rayon filiallarının səmərəli fəaliyyətinin təşkili, iqtisadiyyatın bütün sahələrində informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin uğurla davam etdirilməsi, bu  sahə ilə əlaqədar çoxsaylı beynəlxalq simpoziumların və konfransların keçirilməsi muxtar respublikada informasiya və kommunikasiya texnologiyalarının ictimai həyatımıza sürətli inteqrasiyasını təmin etmişdir. Muxtar respublikada rabitə və informasiya texnologiyalarının inkişafı üzrə əsas göstəricilər aşağıdakı kimidir:

İnformasiya və kommunikasiya texnologiyaları üzrə əsas göstəricilər

Göstəricilər 01 sentyabr 2011-ci il tarixə 01 yanvar 1992-ci il tarixə
Elektron tipli ATS-lərin sayı 104 -
Mobil operatorların sayı 4 -
Kompyuterlərin sayı 85711 135
o cümlədən:
- ailələrdə 78468 25
- idarə, müəssisə və  təşkilatlarda 7243 110
Kompyuterlərdən istifadə edən şəxslərin  sayı 223410 1218
o cümlədən internetdən istifadə edənlərin sayı 203582 -
Mobil telefonların sayı 419687 -
Hər yüz nəfərə düşən mobil telefonların sayı 101 -
Əsas telefon aparatlarının sayı 61781 21152
Muxtar respublikanın yaşayış məntəqələrinin internetə çıxış faizi
o cümlədən:
- simsiz internet üzrə
- telefon xətti üzrə



80 faiz
100 faiz



0 faiz
0 faiz
İnformasiya və rabitə xidmətlərinin həcmi, min manat 26735,9* 147,4**
o cümlədən mobil rabitə üzrə 23068,9* -
*) 2011-ci ilin yanvar-avqust ayları
**) 1991-ci ilin yekunu üzrə
      2010-cu ilin may ayında Naxçıvan  şəhərini, Babək qəsəbəsini və Nehrəm kəndini əhatə edən Yeni Nəsil Telekommunikasiya şəbəkəsi istifadəyə verilmişdir. Yeni Nəsil Telekommunikasiya şəbəkəsinin ənənəvi telefon rabitəsi sistemlərindən əsas üstünlükləri eyni zamanda səs və şəkil siqnallarının ötürülməsi, şəbəkə üzərindən televiziya və geniş zolaqlı internet, video-telefon və çoxlu sayda əlavə servis xidmətləri göstərməkdən ibarətdir. Hazırda müvafiq iş muxtar respublikanın Şərur və Sədərək rayonlarının ərazilərində davam etdirilir.
      İnformasiya texnologiyalarından istifadə qismində mühüm bir göstərici ondan ibarətdir ki, 01 yanvar 1992-ci il tarixə muxtar respublikada əsas telefon aparatlarının sayı 21152 nömrə olduğu halda, 01 sentyabr 2011-ci il tarixə bu göstərici 2,9 dəfə artaraq 61781 nömrəyə çatmışdır.
      Muxtar respublikada informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı ümumilikdə bu sahə üzrə göstərilən xidmətlərin həcminin  dinamik artımına da zəmin yaratmışdır. Belə ki, informasiya və rabitə xidmətlərinin həcmi 1991-ci ildə 147,4 min manat, 1995-ci ildə 420,3 min manat, 2000-ci ildə 2448,4 min manat, 2005-ci ildə 9014,2 min manat, 2010-cu ildə 36579,3 min manat, 2011-ci ilin  yanvar-avqust aylarında isə 26735,9 min manat təşkil etmişdir.

İnformasiya və rabitə sahəsində göstərilmiş
xidmətlərin həcmi, min manat

      Rabitə sahəsində həyata keçirilən tədbirlər muxtar respublikanın mövcud potensialından səmərəli istifadəni və onun inkişaf etdirilməsini, rabitə və informasiya texnologiyaları sahəsinin təşkilati, hüquqi, texniki və kadr təminatı baxımından modernləşdirilməsini, muxtar respublikada informasiya cəmiyyətinə keçidi daha da sürətləndirməkdədir.
Sahibkarlığın inkişafı və kredit qoyuluşları

Son 20 ildə sahibkarlıq subyektlərinə 150 milyon manat kredit verilib

      Son dövrlər muxtar respublikada ardıcıl və sistemli iqtisadi islahatların aparılması nəticəsində dövlət mülkiyyətində olan müəssisələrin özəlləşdirilməsi və azad sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması iqtisadiyyatın davamlı inkişafına və əhalinin güzəranının yaxşılaşmasına səbəb olmuşdur.
      Muxtar respublikada ilkin mərhələdə ticarət və xidmət obyektlərinin özəlləşdirilməsi ilə başlanan dövlətsizləşdirmə prosesindən sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2000-ci il 23 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin     II Dövlət Proqramı” özəlləşdirilmə prosesinin ikinci mərhələsinə start verilməsinə və özəlləşdirmənin sürətləndirilməsinə şərait yaratmışdır.
      Dövlət Proqramına uyğun olaraq özəlləşdirmə prosesi başlandıqdan bu günə kimi 55 dövlət müəssisəsi səhmdar cəmiyyətə çevrilmişdir. Bu cəmiyyətlərdən 34-ü sənaye müəssisəsi, 21-i isə digər sahələrə aiddir. Dövlət müəssisələri səhmdar cəmiyyətlərə çevrildikdən bu günə qədər 47 səhmdar cəmiyyətinin səhmləri auksiona çıxarılmışdır.
      Ötən dövrdə yaradılmış 55 səhmdar cəmiyyətdən 37-də yenidənqurma işləri aparılaraq 42 istehsal və 13 xidmət sahəsi yaradılmış və nəticədə həmin müəssisələrdə 2000-ə yaxın iş yeri açılmışdır.
      Muxtar respublikada iş adamlarının maraqlarını müdafiə etmək və sahibkarlığın inkişafına dəstək vermək, səmərəli idarəolunmanı təşkil etmək,  sahibkarlara göstərilən xidmətləri və informasiya təminatını yaxşılaşdırmaq, sahibkarlığın inkişafı istiqamətində tədbirlərdə yaxından iştirak etmək kimi  vəzifələri yerinə  yetirmək  məqsədilə 18 yanvar 2006-cı ildə Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası yaradılmışdır.
      Naxçıvan Muxtar Respublikasının inzibati ərazisində fəaliyyət göstərən bank strukturları və kredit təşkilatları tərəfindən sahibkarlara 2011-ci ilin yanvar-avqust ayları ərzində verilmiş kreditlərin həcmi 1991-ci illə müqayisədə 310 dəfə artaraq 29 milyon 971 min 700 manat təşkil etmişdir. Verilmiş kreditlərin 15 milyon 831 min 700 manatı qısamüddətli, 14 milyon 140 min manatı isə uzunmüddətli kreditlərdir.

Kredit qoyuluşları haqqında, min manat

Göstəricilər 2011-ci ilin yanvar-avqust ayları üzrə 1991-ci il üzrə artım
Kredit qoyuluşları - cəmi 29971,7 96,8 309,6 dəfə
ondan
qısamüddətli 15831,7 70,7 223,9 dəfə
uzunmüddətli 14140,0 26,1 541,8 dəfə
      Daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında, idxaldan  asılılığın  azaldılmasında, əhalinin tələbatının daha dolğun ödənilməsində yerli istehsalın rolu əhəmiyyətli dərəcədə artırılmışdır.
      Həyata keçirilmiş tədbirlər nəticəsində bu gün 113 növdə,  331 çeşiddə ərzaq, 192 növdə, 476 çeşiddə qeyri-ərzaq olmaqla, cəmi 305 növdə, 807 çeşiddə məhsul istehsal olunur. İstehsal olunan 93 növdə ərzaq, 166 növdə qeyri-ərzaq olmaqla cəmi 259 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.
      Özəl sektorun inkişafı üçün yaradılmış münbit şəraitin nəticəsi olaraq 2011-ci ilin yanvar-avqust aylarında muxtar respublikada Ümumi Daxili Məhsul istehsalında özəl bölmənin payı 85,9 faiz təşkil etmişdir. Özəl sektor inkişaf etdikcə, ümumi daxili məhsulda bu sektorun xüsusi çəkisi artdıqca və sahibkarlıq fəaliyyəti genişləndikcə məşğulluq məsələləri də məhz bu sektor hesabına səmərəli həll edilir.

Yeni iş yerləri

Ötən 20 ildə muxtar respublikada 68676 yeni iş yeri yaradılmışdır

      Həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsində 1991-ci ildən 01 sentyabr 2011-ci il tarixədək muxtar respublika üzrə 68676 yeni iş yeri yaradılmışdır. Yeni iş yerlərinin 22483-ü və ya 32,7 faizi dövlət sektorunda, 46193-ü və ya 67,3 faizi qeyri-dövlət sektorunda yaradılmışdır. Yeni yaradılmış iş yerlərinin 42398-i və ya 61,7 faizi daimi iş yeridir. Ötən 20 il ərzində muxtar respublikanın məşğulluq xidməti orqanları 21314 nəfərin işlə təminatında köməklik və vasitəçilik etmişdir.

Xarici ticarət

20 il öncəyə nisbətdə ixrac potensialımız 662 dəfə artmışdır

      Ümumi iqtisadi aktivliyi gücləndirən amillərdən biri yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən yerli istehsal məhsullarının dünya bazarlarına sərbəst çıxarılmasından, satış problemlərinin səmərəli həllindən, ixrac potensialının daha da gücləndirilməsindən ibarətdir.
      Ötən 20 il ərzində muxtar respublikada sahibkarlıq fəaliyyəti və ticarət üçün yaradılmış münbit şəraitin nəticəsi olaraq xarici ticarət əlaqələrinin coğrafiyası daha da genişlənmiş və ilk dəfə olaraq 2009-cu ildə xarici ticarətdə müsbət saldo yaranmışdır.
      Bu tendensiya 2011-ci ilin ilk səkkiz ayında da davam etdirilmişdir. Belə ki, 2011-ci ilin yanvar-avqust aylarında xarici ticarət dövriyyəsi 1991-ci ilə nisbətən    114 dəfə artaraq 260471,1 min ABŞ dolları səviyyəsində olmuşdur. Ümumi xarici ticarət dövriyyəsinin 216336,8 dollarını və ya 83,1 faizini ixrac, 44134,3 min ABŞ dollarını və ya 16,9 faizini idxal təşkil etmişdir.
      Yerli istehsal potensialının davamlı olaraq gücləndirilməsi nəticəsində kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatın ödənilməsində idxaldan asılılıq əsas etibarı ilə aradan qaldırılmışdır. Əgər 1991-ci ildə muxtar respublikaya xarici ölkələrdən idxal olunan məhsulların 95 faizini ərzaq və kənd təsərrüfatı məhsulları təşkil edirdisə, ötən il bu göstərici azalaraq 28 faizə düşmüşdür.

İstehlak bazarı və əhalinin gəlirləri

      Muxtar respublikada cari iqtisadi inkişaf prosesləri əhalinin alıcılıq qabiliyyətinin davamlı yüksəlişində, istehlak bazarında əmtəə dövriyyəsinin və pullu xidmətlərin həcminin artımında özünü daha qabarıq büruzə verir. Belə ki, 1991-ci ildə muxtar respublikanın istehlak bazarında əhaliyə 16465,1 min manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdirsə, 2011-ci ilin yanvar-avqust ayları ərzində bu göstərici 525 milyon manatı üstələmişdir.

Əmtəə bazarında hər bir nəfərə düşən göstəricilər

Göstəricilər 2011-ci ilin yanvar-avqust ayları üzrə 1991-ci il üzrə artım
Pərakəndə əmtəə dövriyyəsi, manat 1093,5 47,2 23,2 dəfə
Pullu xidmətlər, manat 178,6 5,1 35 dəfə
      Əhalinin yaşayış standartlarının daha da yüksəldilməsi məqsədilə məişət və ticarət xidmətinin səviyyəsi hazırda ardıcıl olaraq təkmilləşdirilməkdədir. Bu istiqamətdə ötən 20 ildə 50 ticarət və xidmət mərkəzi tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir.
      Reallaşdırılan səmərəli iqtisadi siyasətin nəticəsi olaraq əhalinin gəlirləri, gəlirlərdən son istehlak xərcləri çıxıldıqdan sonra onun yığıma yönəldilən hissəsi davamlı şəkildə yüksəlməkdədir. Muxtar respublikada əhalinin gəlirləri 1991-ci ildə 11 milyon 838 min 600 manat təşkil etmişdirsə, 2011-ci ilin yanvar-avqust aylarında bu göstərici 955 milyon 553 min 200 manata, hər bir nəfərə düşən gəlirlər isə   2314,3 manata çatmışdır.
      Aparılan məqsədyönlü iqtisadi siyasət muxtar respublikada əhali rifahının davamlı yüksəlişinə əsaslı zəmin yaratmışdır. 2011-ci ilin yanvar-avqust aylarında muxtar respublikada bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 332,5 manat təşkil etmişdirsə, 1991-ci ildə bu göstərici 12,6 manat səviyyəsində idi.

Orta aylıq əməkhaqqı haqqında

Müqayisə predmeti 2011-ci ilin yanvar-avqust ayları üzrə 1991-ci il üzrə artım
Orta aylıq əməkhaqqı, manat 332,5 12,6 26,4 dəfə
      Orta aylıq əməkhaqqının artımı, digər tərəfdən isə sahibkarlığın geniş vüsət alması məcburi dövlət sosial  sığorta haqlarının yığılmasına öz müsbət təsirini göstərmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən yığılmış vəsait 1991-ci ildə 427,6 manat olduğu halda, bu göstərici 2011-ci ilin yanvar-avqust aylarında 26 milyon 430 min manatdan çox olmuşdur.
      2011-ci ilin yanvar-avqust ayları ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya və müavinətlərin ödənilməsinə 52 milyon 992 min manatdan çox vəsait yönəldilmişdir. Bu göstərici 1991-ci ildə 1707 manat səviyyəsində idi.
      Hazırda pensiya və müavinətlərin ödənişi üçün tələb olunan vəsaitin 50 faizi məcburi dövlət sosial sığorta haqqı kimi muxtar respublikada toplanılır.

Elm, təhsil, səhiyyə və sosial sektor

      Bu gün böyük inkişaf yoluna qədəm qoyan muxtar respublikamızda elmi, mədəni potensial daha da genişlənir. Müasir tələblər səviyyəsində inşa olunan elm, təhsil müəssisələri bu sahənin inkişafına yeni üfüqlər açır.
      Ötən dövr ərzində Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Mərkəzi Aparatı, Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat institutlarının, Təbii Ehtiyatlar İnstitutunun, Batabat Astrofizika Rəsədxanasının və Əlyazmalar fondunun, Bioresurslar İnstitutunun, Bioresurslar İnstitutunun Nəbatat bağının inzibati binaları, Biokimyəvi Tədqiqatlar Laboratoriyasının və Batabat Astrofizika Rəsədxanasının  binaları tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir.
      Elmin inkişafını şərtləndirən amillərdən biri də bu sahənin səmərəli maliyyələşdirilməsidir. 2010-cu ildə muxtar respublikada elmin maliyyələşdirilməsinə 1991-ci ildəki göstəriciyə nisbətən 385 dəfə çox, yəni 2003 min manatdan çox büdcə vəsaiti sərf olunmuşdur.

Elmin maliyyələşdirilməsi haqqında

Göstəricilər 2010-cu il üzrə 1991-ci il üzrə artım
Elmin maliyyələşdirilməsinə sərf olunmuş cəmi vəsait, min manat 2003,2 5,2 385,2 dəfə
      Təhsilin dövlət siyasətində prioritet rolunu nəzərə alaraq təhsil müəssisələrinin maddi-texniki bazasının   müasir tələblər səviyyəsində möhkəmləndirilməsi, təhsilin məzmununun yeniləşdirilməsi, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilməsi və təhsil sisteminin informasiyalaşdırılması, təhsil infrastrukturunun təkmilləşdirilməsi, kadr hazırlığı və təminatının yaxşılaşdırılması, təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlər tətbiq olunmaqdadır.
      Yeni informasiya texnologiyalarından istifadə olunmaqla dünya təhsil sisteminə inteqrasiyaya imkan yaradan, bütövlükdə əhalini informasiya cəmiyyətinə hazırlamaq məqsədi daşıyan “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)”nın muxtar respublikada icrası uğurla başa çatdırılmış, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”ı üzrə hazırda informasiya texnologiyalarının tətbiqi sahəsində mühüm tədbirlər həyata keçirilir. Bu gün muxtar respublikada istifadəyə verilən elə bir təhsil müəssisəsi yoxdur ki, orada ən müasir texnoloji avadanlıqlar tətbiq olunmasın.

Təhsilin maddi texniki bazası üzrə bəzi göstəricilər haqqında

Göstəricilər 01 oktyabr 2011-ci il tarixə 01 yanvar 1992-ci il tarixə artım
Kompyuteri olan məktəblərin sayı, vahidlə 222 8 27,8 dəfə
1 dəst kompyuterdən istifadə edən şagirdlərin sayı, nəfər 17 4646 -
İstilik sistemi olan məktəblərin sayı, vahidlə 222 3 74 dəfə
      Muxtar respublikanın ümumtəhsil məktəblərində 01 oktyabr 2011-ci il tarixə 2896 dəst kompyuter quraşdırılmış, beləliklə hər 17 şagird bir kompyuter dəsti ilə təmin olunmuşdur.

Ümumtəhsil məktəblərində bir dəst kompyuterdən
istifadə edən şagirdlərin sayı, nəfər

      Hazırda ümumtəhsil məktəblərində istifadədə olan 2896 dəst kompyuterin 2365-i və ya 81,7 faizi internetə qoşulmuşdur.

Ümumtəhsil məktəblərində kompyuterlərin mövcudluğu, ədədlə
      Muxtar respublikanın ümumtəhsil məktəblərində təhsilin daha da keyfiyyətlə aparılması məqsədilə 305 elektron lövhə quraşdırılmışdır.
      Bu gün muxtar respublikamızda təhsilin inkişafına yönəldilmiş dövlət siyasətinin başlıca məqsədlərindən biri bu sahədə keyfiyyət göstəricilərinin davamlı yüksəlişini təmin etməkdən ibarətdir. Təhsilə göstərilən yüksək dövlət qayğısı ali məktəblərə qəbulun dinamikasında və qəbul imtahanlarında 500-700 bal intervalında bal toplayan abituriyentlərin sayının artımında özünü göstərir.


Ali məktəblərə qəbul olunanların sayı, nəfər

Ali məktəblərə qəbul imtahanlarında 500-700 intervalında
bal toplayan abituriyentlərin sayı, nəfər

      Ötən 20 il ərzində muxtar respublikamızda ümumilikdə 260 təhsil ocağı, o cümlədən 11 ali təhsil obyekti, 189 məktəb, 17 uşaq bağçası, 21 musiqi məktəbi və 22 digər təhsil ocağı tikilərək, yenidən qurularaq və ya əsaslı təmir olunaraq istifadəyə verilmişdir.
      Səhiyyə sahəsində dövlət siyasətinin başlıca məqsədi əhalinin sağlamlığının yaxşılaşdırılmasından, orta ömür müddətinin uzadılmasından, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsindən ibarətdir. Bu məqsədlə pulsuz səhiyyə xidmətlərinin genişləndirilməsi və onun keyfiyyətinin artırılması, səhiyyə müəssisələrinin dərman və avadanlıq təminatının daha da yaxşılaşdırılması, tibbi profilaktika tədbirlərinin əhatəliliyinin və keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəldilməsi, yeni səhiyyə müəssisələrinin inşası tədbirləri həyata keçirilir. Ötən dövr ərzində Naxçıvan Muxtar Respublikası Duzdağ Fizioterapiya Mərkəzi, Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi, Naxçıvan  Muxtar Respublikası Diaqnostika-Müalicə Mərkəzi, Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzi, Naxçıvan Əlillərin Bərpa Mərkəzi, Naxçıvan Uşaq Bərpa Mərkəzi, Şərur, Ordubad, Culfa, Şahbuz, Kəngərli və Sədərək rayon mərkəzi xəstəxanaları, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası, Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanseri, Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri,  Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzi kimi səhiyyə obyektlərinin, ümumilikdə isə 1991-ci ildən bu günədək 188 səhiyyə obyektinin istifadəyə verilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin səhiyyəyə göstərdiyi xüsusi diqqətin və qayğının əyani təcəssümüdür.
      Səhiyyə sahəsində dövlət siyasətinin mühüm bir istiqaməti qismində aztəminatlı ailələrdən olan xəstələrin muxtar respublikadan kənara getmədən, tamamilə dövlət vəsaiti hesabına müayinəsinin və cərrahiyə əməliyyatlarının təşkili işi son dövrlər diqqət mərkəzində saxlanılmış və ötən dövr ərzində xarici ölkələrdən və Bakı şəhərindən mütəmadi olaraq dəvət olunmuş mütəxəssislər tərəfindən 1188 nəfərdə göz, 220 nəfərdə açıq ürək əməliyyatı, 33 laparoskopik cərrahi müdaxilə, 563 nəfərdə koronarangioqrafiya əməliyyatı, 62 nəfərdə burun, qulaq və boğaz əməliyyatları, 6 nəfərdə prostat vəzinin laporoskopik əməliyyatı, anadangəlmə və qazanılma qüsurları olan 64 nəfərdə plastik-rekonstruktiv və 12 nəfərdə isə digər əməliyyatlar aparılmış, ehtiyacı olan 41 nəfər xəstənin ürək damarlarına stend qoyulmuşdur.
      Muxtar respublika ərazisində yoluxucu xəstəliklərin qarşısının alınması daim diqqət mərkəzində saxlanılmış, aparılan profilaktik tədbirlərin nəticəsidir ki, muxtar respublika əhalisi arasında 1996-cı ildən poliomielit, 1997-ci ildən difteriya, 2003-cü ildən isə malyariya xəstəliyi qeydə alınmamışdır. Digər yoluxucu xəstəliklər isə əvvəlki illərlə müqayisədə xeyli azalmışdır.
      Muxtar respublikamızda əhali sağlamlığının və rifahının davamlı yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması öz növbəsində 1 yaşa qədər ölən uşaqların sayı üzrə göstəricini kəskin şəkildə aşağı salmışdır.  Belə ki, hər 1000 nəfər doğulana hesabı ilə 1 yaşa qədər ölən uşaqların sayı 1991-ci ildə 21,4 nəfər olmuşdursa, 2010-cu ildə bu göstərici azalaraq 1,3 nəfər təşkil etmişdir.
      Son 20 il ərzində muxtar respublikada sosial müdafiəyə ehtiyacı olan əhali qrupuna yönəldilmiş xüsusi dövlət qayğısı prioritet istiqamət kimi saxlanılmış, Azərbaycan Vətən Müharibəsi, 1941-1945-ci illər müharibəsi əlillərinə, Çernobıl Atom Elektrik Stansiyasındakı qəzanın ləğvi zamanı əlil olanlara və digər kateqoriyadan olan şəxslərə 259 ədəd avtomobil verilmiş, 177 əlil və şəhid ailəsi mənzil və fərdi yaşayış evləri ilə təmin olunmuşdur. Ünvanlı dövlət sosial yardımının verilməyə başlanıldığı 5 ildən artıq bir dövr ərzində muxtar respublikada adambaşına aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 14 milyon 337 min manat vəsait  ödənilmişdir.
Mədəniyyət və turizm
Ötən 20 ildə 295 mədəniyyət obyekti istifadəyə verilmişdir

      Ulu Naxçıvan diyarı həmişə özünün zəngin mədəniyyəti, ədəbiyyat və incəsənəti ilə xalqımızın tarixində əvəzsiz rol oynamışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Azərbaycanın iqtisadi, mədəni və elmi həyatında özünəməxsus rol oynayan Naxçıvanın hər daşı, hər qayası tarixin canlı şahididir”. Ən yeni tariximizin 20 ili ərzində  Naxçıvan Muxtar Respublikası parlaq və şərəfli bir  yol keçərək bütün sahələrdə olduğu kimi mədəniyyət   sahəsində də böyük tərəqqi və uğurlara qovuşmuşdur. Bu baxımdan Naxçıvan Muxtar Respublikası üzrə mədəniyyət müəssisələrinin say dinamikasına nəzər salmaq kifayətdir. 1940-cı ildə kitabxanaların sayı 73, 1965-ci ildə 154 idisə, artıq 2010-cu ildə kitabxanaların  sayı 234 olmuşdur. 1940-cı ildə muxtar respublikada klub müəssisələrinin sayı 105, 1965-ci ildə 100, 2010-cu ildə isə 226 olmuşdur. 1950-ci ildə Naxçıvanda 1 teatr fəaliyyət göstərirdisə, artıq bu gün Naxçıvan Muxtar Respublikasında 3 dövlət teatrı və 4 xalq teatrı, 2 filarmoniya, 1 Aşıqlar Birliyi fəaliyyət göstərir. 1950-ci ildə Naxçıvanda 1 muzey, 1993-cü ildə 12, 1997-ci ildə    16 muzey mövcud idisə, bu gün  22 muzey və 1 rəsm qalereyası fəaliyyət göstərməkdədir.
      Ötən 20 ildə muxtar respublikamızda tarixi abidələrimizə diqqət və qayğı əsaslı şəkildə dəyişmişdir. Bu illər ərzində Dədə Qorqudun, Koroğlunun abidələri ucaldılmış, abidələrin yerləşdiyi meydanlar yenidən qurulmuş, ”Əshabi-Kəhf” ziyarətgahı, Pirəli və Miryaqub qardaşları piri, Xanəgah abidə kompleksi, “Aza” körpüsü, Zaviyə-Mədrəsə binası, İmamzadə məscid-türbə kompleksi, “Möminə xatın” və “Yusif Küseyr oğlu” türbələri, Nuh Peyğəmbərin məzarüstü abidəsi, “Quti xatın” türbəsi və qoşa minarə, “Came” və “Tək-Eşiyi” məscidləri, “Buzxana”, “Qala”, “Qədim Məbəd”, Naxçıvan və Ordubad şəhərlərində “Şərq hamamı” kimi tarixi abidələrimiz bərpa olunmuş, Naxçıvan şəhərində “Ana dili” abidəsi ucaldılmışdır.
      Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşması  işinin təşkili”, “Nuh peyğəmbərin  Naxçıvan şəhərində məzarüstü abidəsinin bərpa edilməsi” haqqında, Ordubad “Gəmiqaya Tarix-Bədii Qoruğu” və Şərur “Arpaçay Tarix-Mədəniyyət Qoruğu”nun yaradılması haqqında müvafiq Sərəncamları tarixi abidələrimizə, inanc yerlərimizə qayğı və diqqətin ən bariz nümunəsidir.
      Tarixi mədəni irsin qorunması və təbliği, mədəni potensialın daha da inkişaf etdirilməsi ötən 20 il ərzində diqqət mərkəzində saxlanılmış, mədəniyyət obyektlərinin inşası və yenidən qurulması davamlı xarakter almışdır. Ümummilli liderimizin xatirəsini əbədiləşdirmək məqsədilə muxtar respublikanın şəhər və rayonlarında möhtəşəm abidələr ucaldılmışdır. Bu müddət ərzində Heydər Əliyev Sarayı, Heydər Əliyev Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi, Naxçıvan  Dövlət Xalça Muzeyi, Açıq Səma Altında Muzey, C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi, Naxçıvan Dövlət Tarix Muzeyi, “Xatirə” Muzeyi, C.Məmmədquluzadənin ev muzeyi, H.Cavidin ev muzeyi, B.Kəngərli Muzeyi, C.Naxçıvanskinin ev muzeyi, C.Məmmədquluzadənin Xatirə Muzeyləri, M.S.Ordubadinin ev muzeyi, Şahtaxtinskilər Muzeyi, Babək, Ordubad, Kəngərli, Şahbuz, Sədərək rayonlarında tarix-diyarşünaslıq muzeyləri, muxtar respublikanın şəhər və rayonlarında şəhidlər abidə kompleksləri, yeni parklar, bulaq-abidə kompleksləri, mədəniyyət evləri, klub və kitabxanalar  və digər bu kimi mədəniyyət obyektləri istifadəyə verilmişdir. Ümumilikdə isə ötən dövr ərzində muxtar respublikada 295 mədəniyyət obyekti tikilərək, yenidən qurularaq və ya əsaslı təmir olunaraq istifadəyə verilmişdir.
      Muxtar respublikada turizmin inkişafı, bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzində saxlanılmışdır. Turizmi iqtisadiyyatın yüksək gəlirli sahəsinə çevirmək, müasir turizm kompleksləri yaratmaq istiqamətində aparılan məqsədyönlü tədbirlər öz nəticəsini göstərməkdədir. Ötən 15 il ərzində muxtar respublikamıza xarici ölkələrdən və respublikamızın digər bölgələrindən ümumilikdə 2 milyon 520 min nəfər turist gəlmişdir. Muxtar respublikaya turist qismində gələnlərin sayının artımı ilk növbədə iqtisadi fəallığın daha da güclənməsinə müsbət təsir göstərmişdir.

Bədən tərbiyəsi və idman

Ötən 20 il ərzində 36 idman obyekti istifadəyə verilib

      Müasir dövrdə bədən tərbiyəsi və idmanın inkişafı, hər bir dövlətdə insanların sağlamlığı və mənəvi yüksəlişi ilə yanaşı, milli potensialın maksimum dərəcədə səmərəli reallaşdırılması, cəmiyyətin saflaşması və yetkinləşməsi, genefondun qorunub saxlanması baxımından son dərəcə mühüm vasitə sayılır.
      Muxtar respublikada əhalinin sağlam həyat tərzinin, xüsusən böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsi məqsədilə bədən tərbiyəsi və idman sahəsi həmişə diqqət mərkəzində saxlanılmış və müvafiq tədbirlər həyata keçirilməkdədir. Ötən 20 ildə muxtar respublikada İlham Əliyev adına Naxçıvan Olimpiya İdman Kompleksi, Naxçıvan Şəhər Üzgüçülük Mərkəzi, Şahmat Mərkəzi, Naxçıvan Muxtar Respublikası “Dinamo” İdman Cəmiyyətinin binası, Şərur şəhərində Olimpiya İdman Kompleksi, Naxçıvan Dövlət Universitetində Olimpiya İdman Korpusu, Şərur, Ordubad, Culfa və Şahbuz şəhərlərində şahmat məktəbləri, Naxçıvan, Şərur və Culfa şəhərlərində uşaq-gənclər idman məktəbləri, muxtar respublikanın şəhər və rayonlarında idman meydançaları və digər idman obyektləri istifadəyə verilmişdir. Ümumilikdə isə ötən dövr ərzində muxtar respublikada  36 idman obyekti tikilərək, yenidən qurularaq və ya əsaslı təmir olunaraq istifadəyə verilmişdir.

Demoqrafik göstəricilər

Ötən 20 ildə 150 mindən artıq körpə doğulmuşdur

      Həyata keçirilən iqtisadi islahatların səmərəliliyi, əhalinin yaşayış standartlarının davamlı yüksəlişi, güzəranının daha da yaxşılaşması əhali artımına    da öz müsbət təsirini göstərmişdir.
      01 sentyabr 2011-ci il tarixə muxtar respublikada əhalinin sayı 01 yanvar 1992-ci il tarixə olan göstəriciyə nisbətən 100,6 min nəfər artaraq 415,7 min nəfərə çatmışdır. Əgər 1991-ci ilin sonuna muxtar respublikada bir kvadratkilometrə düşən əhalinin sayı 59 nəfər təşkil edirdisə, hazırda bu göstərici 78 nəfərə çatmışdır.
      Son 20 il ərzində muxtar respublikada 150,1 min nəfər uşaq doğulmuşdur ki, bu da hər gün orta hesabla 20-21 körpənin dünyaya gəlişi deməkdir.
      Son 20 il ərzində muxtar respublikada 61324 nikah bağlanmışdır ki, bu da hər gün orta hesabla 8-9 nikahın bağlanması deməkdir. 2011-ci ilin yanvar-avqust ayları ərzində 1976 nikah bağlanmışdır.
      1991-ci ildə gənclərin sayı ümumi əhalinin 21,5 faizini təşkil edirdisə, hazırda bu göstərici 30,8 faizə çatmışdır. 01 sentyabr 2011-ci il tarixə muxtar respublikada gənclərin sayı 1991-ci illə müqayisədə 60 min nəfər artaraq 128 min nəfər təşkil etmişdir.
Cinayətkarlıq

Cinayət hadisələrinin sayı sıfır səviyyəsinə yaxınlaşır

      Gənclərin səmərəli məşğulluğunun təmin edilməsi, yüksək əməkhaqqı ödənişli yeni iş yerlərinin açılması, yeniyetmələrin təhsildən və tədrisdən yayınma hallarının aradan qaldırılması, güc strukturları və təhsil müəssisələrinin ailələrlə sıx əlaqəsi, asudə vaxtın səmərəli istifadəsinə yaradılan stimul, gənclər də daxil olmaqla  müxtəlif əhali qrupları ilə fərdi işin təşkili, ən başlıcası isə cari iqtisadi inkişaf səviyyəsi muxtar respublikamızda cinayətkarlıq hadisələrinin minimum həddini şərtləndirməkdədir.
      2011-ci ilin yanvar-avqust aylarında muxtar respublikanın ərazisində 6 cinayət hadisəsi qeydə alınmışdır ki, bu da 1991-ci illə müqayisədə 85 dəfə azalma   deməkdir. Əhalinin hər 100 min nəfərinə hesabı ilə 1,4 cinayət hadisəsi (1991-ci ildə 163 hadisə) qeydə alınmışdır.

Qeydə alınmış cinayət hadisələri

Göstəricilər 2011-ci ilin yanvar-avqust ayları üzrə 1991-ci il üzrə artım
Cinayət hadisələri 6 512 -506
Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayət hadisələri - 14 -

İnstitusional islahatlar

Son 20 ildə 400-ə yaxın dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanı yaradılıb

      Ötən dövr ərzində muxtar respublikanın inzibati ərazisində  Əliabad və Qıvraq kəndlərinə qəsəbə, Şahbuz qəsəbəsinə şəhər statusu verilmiş, Sədərək rayonunun Heydərabad qəsəbəsi, Babək rayonunun Araz kəndi və bir yeni inzibati rayon­ – Kəngərli rayonu, 96 inzibati ərazi dairəsi və 300-dən artıq dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanı, dövlət mülkiyyətində olan digər idarə, müəssisə və təşkilat yaradılmışdır ki, bu da idarəetmənin əhatəli və səmərəli təşkili üçün mühüm islahat istiqamətlərindəndir.
      İctimai həyatımızın son 20 ili inkişaf və tərəqqi mərhələsi kimi doğma Naxçıvanımızın iqtisadi və siyasi tarixinin parlaq səhifəsinə çevrilmişdir. Heydər Əliyev yoluna və quruculuq xəttinə sadiqliyin vəhdətindən doğan bu uğurlar, nailiyyətlər zaman keçdikcə daha da artacaqdır. Çünki bunlar müstəqillik dövrünün fəal yaradıcı gücünün nəticələridir.
      Dahi öndərin “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin” sözləri bu gün də quruculuq işlərinin əsas qayəsi olmaqla muxtar respublikamızı yeni-yeni uğurlara doğru aparmaqdadır.