Avqustun 29-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Şərur rayonunun Çərçiboğan kəndində olub, sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib.
Fuad Nəcəfli Şərur rayonunda bir neçə dəfə sakinlərlə görüşdüyünü bildirib, həmin görüşlərdə qaldırılan məsələlər və onların həlli istiqamətində görüləcək işlər barədə Çərçiboğan kənd sakinlərini məlumatlandırıb.
Sonra sakinlərin müraciətləri dinlənilib.
Görüşdə 41 kənd sakininin şikayəti dinlənilib, bütün müraciətlər protokollaşdırılıb.