Naxçıvan Muxtar Respublikasında ev təsərrüfatlarının uçota alınması istiqamətində cari ilin yanvar ayından başlamış tədbirlər bu gün də uğurla davam etdirilir.
Şəhər, qəsəbə, kənd və sahə inzibati ərazi dairələrində hər bir təsərrüfat gəzilərək uçotun aparılması və əldə edilən məlumatların elektron informasiya sisteminə işlənməsi istiqamətində müvafiq işlər görülmüş, 6 fevral 2023-cü il tarixə olan məlumata görə, muxtar respublika üzrə, ümumilikdə 91555 təsərrüfatda 317 min 713 şəxsin məlumatlarının elektron informasiya sisteminə işlənməsi təmin edilmişdir. Bu istiqamətdə işlər hazırda davam etdirilir.