Məlumatı yüklə

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika

Komitəsinin veb-saytı yenilənib




Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin elektron informasiya resursu Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mühəndis-proqramçıları tərəfindən müasir dizaynda yenidən hazırlanaraq nstat.gov.az domen adı ilə “AzStateNet” şəbəkəsinə köçürülüb. Veb-sayt funksionallıq və məzmun cəhətdən təkmilləşdirilib, yeni informasiyalarla zənginləşdirilib. Yenilənmiş sayt komitənin fəaliyyətinə uyğun olaraq müasir görünüşü, fərqli strukturu və istifadədə asan olması ilə fərqlənir. Sayt istifadəçi rahatlığı nəzərə alınmaqla responsiv dizaynda hazırlanıb.

Yeni internet səhifəsinin təhlükəsizliyinin təmin olunması, axtarış sistemlərinə uyğunlaşdırılması, qeydiyyatdan keçirilməsi və ön sıralarda tapılması üçün nazirliyin mütəxəssisləri tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib, eləcə də domenə bağlı e-poçt adresi ilə (info@nstat.gov.az) təmin olunub. Həmçinin komitənin aidiyyəti əməkdaşlarına istifadəçi idarəetmə panelinin təlimi ilə əlaqədar metodik köməklik də göstərilib.

yuxarı

BAĞLA