Məlumatı yüklə
Dövlət Statistika Komitəsində
kollegiya iclası keçirilib
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasından irəli gələn vəzifələr və Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi, onun yerli orqanları tərəfindən 2022-ci ilin birinci yarısında görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib.
İclası giriş sözü ilə komitənin sədri Vaqif
Rəsulov açaraq bildirib ki, cari ilin ötən dövründə Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri tərəfindən təsdiq edilmiş sərəncamların icrası istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. “Statistik Məlumatlar
Sistemi”nin normal fəaliyyəti diqqətdə saxlanılmış, yeni proqram təminatlarının yaradılması,
mövcud proqram təminatlarında yeniliklərin
aparılması təmin edilmişdir. Bununla yanaşı,
yerli statistika orqanlarında iş şəraitinin yaxşılaşdırılması istiqamətində Şahbuz Rayon Statistika İdarəsinin yerləşəcəyi inzibati binanın
tikintisi davam etdirilmişdir. Muxtar respublikada əmək bazarında muzdlu işçilərin sayı və
orta aylıq əməkhaqqı göstəricilərinin təhlili
aparılmış, 2022-ci ilin yanvar-iyun ayları üzrə
təsərrüfat subyektlərində açılmış yeni iş yerləri
haqqında məlumat əldə edilmişdir. Ev təsərrüfatları, müəssisə və təşkilatlar tərəfindən cari
ilin ötən dövründə yeni salınmış meyvə bağlarının uçotu aparılmışdır.
Vurğulanıb ki, Azərbaycan Respublikası
Prezidentinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” 2016-cı il 7 sentyabr
tarixli Fərmanına əsasən 2019-cu ilin oktyabr
ayında keçirilmiş əhalinin növbəti siyahıyaalınmasından əldə olunmuş yekun məlumatları
özündə əks etdirən üç cilddən ibarət toplunun
ilkin variantı hazırlanmış və hazırda kütləvi
nəşri istiqamətində işlər davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il
29 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikası regionlarının 2019-
2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nda Naxçıvan Muxtar Respublikası
üzrə nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinə dair məlumatlar və müvafiq Dövlət
proqramının əhatə etdiyi dövr üzrə bəzi göstəricilər rüblük dövrdə hazırlanaraq aidiyyəti
üzrə təqdim olunmuşdur.
Ötən dövr ərzində şəhər və rayon statistika
idarələri ilə birlikdə, ümumilikdə, 10914 statistik
vahiddən 37739 sayda hesabat yığılmışdır. Hesabatlar komitə aparatının aidiyyəti şöbələri
tərəfindən ümumiləşdirilərək analiz edilmiş,
muxtar respublika üzrə iqtisadi, sosial, demoqrafik və ekoloji sahələrin vəziyyətinə dair
göstəricilər əldə olunmuşdur.
2022-ci ilin 6 ayında statistik vahidlərin
Dövlət reyestrində qeydiyyatda olan 2043 statistik vahidin göstəricilərinin aktuallaşdırılması
nəzərdə tutulmuş vaxtda başa çatdırılmışdır.
Bu dövr ərzində hesabat intizamına cəlb olunmayan hüquqi şəxs qalmamışdır. Cari ilin ötən
dövründə sosial-iqtisadi inkişafa dair aylıq məruzələr hazırlanaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə, Nazirlər Kabinetinə və
digər aidiyyəti orqanlara təqdim olunmuşdur.
Komitə sədri Vaqif Rəsulov kollegiya iclasına
yekun vuraraq bildirib ki, Dövlət Statistika
Komitəsi aparatının, şəhər və rayon statistika
idarələrinin əməkdaşları altıncı çağırış Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin yeddinci
sessiyasından irəli gələn vəzifələri icra üçün
rəhbərliyə alacaqlar.
Sonra məruzə ətrafında çıxışlar olub.
yuxarı
BAĞLA