Məlumatı yüklə

2020-ci ilin yanvar ayında Naxçıvan Muxtar

Respublikasının sosial-iqtisadi inkişafı



Muxtar respublikada 2020-ci ilin yanvar ayında 173 milyon 71 min 900 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur.

Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artaraq 376,4 manat olmuşdur.

***

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 93 milyon 691 min 700 manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur.

***

Vəsait qoyuluşları çərçivəsində 2020-ci ilin yanvar ayında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 37 milyon 13 min 200 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 1 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 34 milyon 102 min 100 manatı və ya 92,1 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

***

2020-ci ilin yanvar ayında 8 milyon 642 min 600 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 2124,6 ton, süd istehsalı 2045,8 ton olmuşdur. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 4,7 faiz, süd istehsalı isə 2 faiz artmışdır.

***

2020-ci ilin yanvar ayında informasiya və rabitə xidmətlərinin dəyəri 4 milyon 73 min 800 manat olmuşdur ki, bu da 2019-cu ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 1,2 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 3 milyon 180 min 600 manat təşkil etmiş və bir il öncəyə nisbətdə 3,7 faiz artmışdır.

***

Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmış, 2020-ci ilin yanvar ayında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 13 milyon 403 min 800 manat məbləğində kreditlər verilmişdir ki, bu da bir il öncəki göstəricidən 4,2 dəfə çoxdur. Verilmiş kreditlərin 1 milyon 384 min 600 manatı və yaxud 10,3 faizi qısamüddətli, 12 milyon 19 min 200 manatı və yaxud 89,7 faizi uzunmüddətli kreditlər olmuşdur.

***

Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir.

1 fevral 2020-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 85342-a çatmışdır ki, bunun da 75092-si və ya 88 faizi aktiv hesablardır. 2020-ci ilin yanvar ayında açılmış 2984 bank hesabının 2973-ü aktiv hesablar olmuşdur.

Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 fevral 2020-ci il tarixə 1278-ə çatmışdır.

***

Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmış, 2020-ci ilin yanvar ayında 32 milyon 828 min 500 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə artaraq 24 milyon 45 min 800 ABŞ dolları təşkil etmiş, 15 milyon 263 min 100 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.

***

2019-cu ildə muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 484,8 manat təşkil etmişdir ki, bu da 2018-ci illə müqayisədə 12 faiz çoxdur.

***

1 yanvar 2020-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3532 nəfər artaraq 459 min 625 nəfər olmuşdur.


BAĞLA